"Bu kişilərin cəsədi torpağa haramdır" - Flora Kərimova

Xalq artisti Flora Kərimova İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə məruz qalması ilə bağlı paylaşım edib.Xeberoxu.Az xəbər verir ki, müğənni məsələ ilə bağlı bunları yazıb:

"Bu nə faciədir millət yaşayır? Bəli, millətimin faciəsidir. Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq... Savadsız, valideyn tərbiyyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini ömürlük həpsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır!

İndi də bu körpə… Bəs olmadımı evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın? Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan? Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır. Millətim millət olmaz bu binamusluğu sənə keçsə... Sənin müdafiəni vicdanı olan vəkil götürməz... Uşaq ömürlük mənəvi və fiziki şikəstdir. Hələ ki, fərqində deyil, anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu? Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur? Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it bele balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram… Bu, faciənin görsənən tərəfidir.

Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir. Başıqapazlı yaşamaq təbiətləridir, demək ki... Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir!

Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü - "evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq? Nə vətəndaş olacaq sənin südünü əmən? Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki cəhənnəmini qazanmısan.

Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, "halaldır" deyib ört-basdır edilib".

Mənbə:
0
506
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar