• Şikayət et

" Bu gün əsl oyun izlədik" - QURBAN QURBANOV

"Belə oyunlarda insan matçın bitməsini istəmir". Bu sözləri jurnalistlərə açıqlamasında 4:3 hesabı ilə bitən "Qarabağ" - "Sabah" qarşılaşmasından sonra keçirlən mətbuat konfransında " "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi qeyd edib ki, meydanda əsl oyun nümayiş olunub: "Murad Musayevi və "Sabah" komandasını sözün həqiqi mənasında təbrik edirəm. Çünki onlara göstərdikləri oyuna görə alqış düşürdü. Bütün dəqiqələrdə mübarizə apardılar. Mən komandamı da təbrik edirəm. Bəzi çətin məqamlar olsa da, komandam hər şeyin üstəsindən gəldi. Oyun zamanı bütün izləyənlər dinamikaya, enerjiyə və həyəcana şahid oldular. Bəzi Avropa oyunlarından daha çox mübarizə var idi. Biz bu gün əsl oyun izlədik. Hakimlər üçündə ən çətin oyunlardan biri idi. Rəqib əlinə düşən məqamlardan çox yaxşı istifadə etdi".

Mənbə:
0
810
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar