• Şikayət et

BŞTİ-yə mart ayında 6 161 müraciət daxil olub

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 6 161 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 4 751 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 71 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

Mart ayında BŞTİ-yə 991 sənəd (vətəndaşlar tərəfindən 342 ərizə, Təhsil Nazirliyindən 153, digər qurumlardan 177, məktəblərdən 199 məktub, 38 strukturdaxili yazışma və 82 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 348 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Mənbə:
0
3802
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar