“Biz qonşularımızı qohumlarımız kimi qəbul edirik” - Abdullahiyan

"İran öz qonşularını qohumları olaraq görür. Tehran-Bakı münasibətləri də müsbət qonşuluq yolundadır".

Xeberoxu.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, ancaq önəmli olan hər iki tərəfin maneələri aşmaq üçün ciddi iradəsinin olmasıdır. Mən və həmkarım Ceyhun Bayramov iki ölkə adından münasibətlərimizi yaxşılaşdırmaq və anlaşılmazlıqları aradan qaldırmaq üçün əlaqələrimizi və müsbət məsləhətləşmələrimizi davam etdiririk. Bu kontekstdə hər iki tərəf medianı və ümumi vəziyyəti daha yaxşı idarə etmək üçün əməkdaşlığı artırmaq və ortaq komitə yaratmaq qərarına gəlib. Biz qonşularımızı qohumlarımız kimi qəbul edirik və bu bu çərçivədə qohumluq münasibətlərini idarə edən prinsiplərə dəyər veririk", - deyə İranın XİN rəhbəri qeyd edib.

Mənbə:
0
551
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar