• Şikayət et

Bild: Almaniyada Amerika əleyhinə keçirilən aksiya polislə toqquşma ilə başa çatıb

 

Almaniyanın şərqindəki Leypsiq şəhərində şənbə günü Amerika əleyhinə keçirilən nümayişdə təxminən 900 nəfər iştirak edib. Aksiya fəalların həbsi və polislə qarşıdurma ilə başa çatıb...

PİA.az xəbər verir ki, bu barədə bazar günü BILD am Sonntag qəzeti məlumat yayıb.

Məlumata görə, nümayiş “Ami evə get!” şüarı altında keçirilib (“Amerikalılar, evə qayıdın!”). Aksiyas ABŞ Konsulluğu və Federal İnzibati Məhkəmənin binası qarşısında ba. tutub.

Əsasən sağçı partiyaların nümayəndələri olan etirazçılar Amerika qoşunlarının və nüvə silahlarının Almaniya ərazisindən çıxarılmasını tələb ediblər. Aksiyaya fəallar Almaniya və Rusiya bayraqları ilə gəliblər.

Təşkilatçılar mitinqdə 15 000 iştirakçının olduğunu bildirdilər.

Bu aksiyaya paralel olaraq, sol qüvvələrin nümayəndələri Leypsiqdə əks nümayiş keçirdilər ki, bu da, BILD am Sonntag-ın məlumatına görə, sağçıların mitinqinin daha tez başa çatmasına səbəb olub. Ümumiyyətlə, hüquq mühafizəçilərinin qeyd etdiyi kimi, əks etiraz aksiyası sağçıların nümayişindən “əhəmiyyətli dərəcədə böyük idi”. Polisin məlumatına görə, əks nümayiş zamanı oturaq aksiyalar və iğtişaşlar da olub, fişənglər atılıb. Polis bəzi fəalları həbs etməyə məcbur olub.

Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən ondan artıq cinayət işi açılıb.

pia.az

Mənbə:
0
428
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar