Bayden əfqan qaçqınlara 7 milyard dollar ayırdı

ABŞ əfqan qaçqınları üçün 7 milyard dollar ayıracaq. Prezident Co Bayden artıq bununla bağlı müvafiq qanunu imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Vəsait Amerika hərbçiləri Kabildən çıxmamışdan əvvəl ölkədən evakuasiya edilmiş Əfqanıstan vətəndaşlarına şamil ediləcək. 7 milyardın gələn il fevralın 18-dək ayrılacağı gözlənilir.

Xatırladaq ki, sentyabrda eyni məqsədlər üçün 6,3 milyard dollar ayrılmışdı.

Tural Tağıyev

 

Mənbə:
0
206
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar