• Şikayət et

Baltikyanı ölkələrdə ət əvəzinə soya yeyirlər...

Qərbdə hətta xəstəxana xəstələrinə də qənaət etmək tapşırılıb. İnsanlar böhranın tezliklə bitməsi üçün dua edirlər.

Baltikyanı ölkələrdə yeni enerji böhranı dalğası minlərlə restoran və kafenin bağlanması təhlükəsi yaradıb. Onların sahibləri artan hesabları ödəyə bilmirlər. Üstəlik, ərzaq məhsullarının da qiymətləri havaya qalxır. Məktəblərdə və xəstəxanalarda indi yalnız pəhriz menyuları var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “İzvestiya”nın müxbiri Kirill Polyakov bildirib.

Onun dediyinə görə, Dauqavpils regional xəstəxanasında enerji böhranı xəstələrə hər şeyə qənaət etməyə məcbur edib. İndi onların hamısı ciddi pəhriz saxlayır. Məsələn xəstələrə ət əvəzinə soya verirlər. Həkimlər özlərinə haqq qazandırırlar: deyirlər ki, bu yanaşma menyunu balanslaşdırmağa və pozulmamağa imkan verir.

Burada hətta kolbasa da vegetariandır. Soya lobyasını pəhrizə daxil etməyə başlayıblar.

Yenə də Polyakovun dediyinə inansaq,.. Latviyada ətin qiyməti guya rekord səviyyədədir. Ötən illə müqayisədə donuz əti iki dəfə, mal əti isə daha çox bahalaşıb. Xəstəxanada yemək üçün ayrılan büdcə isə əvvəlki kimi qalıb. Və ötən ilin qiymətləri əsasında hesablanıb.

Amma qonşu Estoniyanın paytaxtı tezliklə məktəb menyusunu dəyişməli olacaq. Ona görə ki, nahar yeməyi xeyli bahalaşıb, büdcə isə öhdəsindən gələ bilmir.

Təminatçılar xəbərdarlıq edirlər ki, bu qiymət artımı sonuncu deyil, yəni yeməklərin qiyməti daha da arta bilər. Hazırda yerli restoranlarda qiymətlər artıb. Qaldırmağa məcburdurlar. Budur Tartuda fəaliyyət göstərən restoranın sahibi elektrik enerjisinə görə rekord məbləğ alıb - yeddi min avrodan çox. Hələ qışda qazın qiyməti də buna əlavə olunacaq. Onda vay bunun halına...

Estoniyadakı bir çox müəssisə indi menyunu azaldır, biznes lançlarından imtina edir və bəziləri hətta ziyarətçi daha çox olur deyə ancaq axşamlar işləyirlər.

Ağasəf Babayev

 

Mənbə:
0
855
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar