Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib AzVision.az xəbər verir ki, "Mercedes" markalı avtomobil "Fiat" markalı avtomobillə toqquşub. Eyni zamanda hadisə nəticəsində daha iki avtomobilə ziyan dəyib.
4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada bir nəfər hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.