Şimal-Qərb bölgəsinə xas olan fərqli ləzzətlər “Yurdumun ləzzəti” təşviq kampaniyası çərçivəsində bir araya gətiriləcək.
Dövlət Turizm Agentliyindən Turizmplus.az saytına verilən məlumata görə, Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə baş tutacaq bu layihədə vətəndaşlar, 19 yerli istehsalçının təqdim edəcəyi yerli aqro-ərzaq məhsulları ilə tanış ola biləcəklər. Regiona xas kiçik kənd təsərrüfatı və sahibkarlığın inkişafına dəstək sərgi-yarmarkasının baş tutacağı rayon və tarixləri nəzərinizə çatdırırıq:
11 sentyabr - Qax şəhəri (İçəri bazar)
12 sentyabr - İlisu kəndi (Səngər Qala oteli)
18 sentyabr - Zaqatala şəhəri (Meydan)
19 sentyabr - Balakən şəhəri (Heydər parkı).
Qeyd edək ki, giriş sərbəst olacaq.