• Şikayət et

Azərbaycanda “Ərzaq bank”ları yaradılmalıdır! - Ekspertlərdən DAHA BİR TƏŞƏBBÜS

Bir sıra xarici ölkələrdə, əsasən ABŞ və Avropada ərzaq bankları faəliyyət göstərir.

 

Bəzi mütəxəssislərin fikrincə, Azərbaycanda da bu təcrübənin “Food Bank”ın yəni, ərzaq bankının yaratmağın olduqca vacib olduğunu deyirlər. Onların araşdırmalarına görə, bu sistem tətbiq olsa ölkədə bir sıra məsələlərin həll olunmasına da öz töhvəsini verə bilər.

 

Belə ki, bu təşəbbüs aztəminatlı ailələrdən başlayaraq, həbsxanalara ərzaq tədarükünə kimi yardımçı ola bilər.

 

Əkin əkib yığmayan, yığdığı malı sata bilməyib traktor altına atan və ya son istifadə tarixinə 15 gün qalmış məhsulu stokdan çıxarıb yandıran marketlər bu ərzaqları “Food bank" a təhvil versələr, bu xüsusi olaraq risk qrupuna aid olan kifayət qədər əhalinin sosial problemlərinin bir hissəsini aradan qaldırmağa da kömək edəcək. Həyata keçirilən sosial siyasət həm sahibkara, həmçinin aztəminatlı ailələrə dəstək ola bilər.

 

Ümumiyyətlə, ərzaq bankı hansı funksiyaları həyata keçirir?

 

Qida bankı yoxsulluqdan və aclıqdan əziyyət çəkən insanlara qida ianə edən xeyriyyə təşkilatıdır. Dünyada ilk qida bankı, 1967-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılıb. 2014-cu ilin statistikasına görə, ABŞ-da hər 7 nəfərdən biri qida banklarından qidalanır.

 

Avropada isə ilk ərzaq bankı, 1984-ci ildə Fransada yaranıb. İtaliyada isə ilk ərzaq bankı 1989-cu ildən fəaliyyət göstərir.

 

2014-cu ilin statistikasına görə, İngiltərədə 900 mindən artıq nəfər ərzaq banklarından qidalanır.

 

“Food bank”ları həmçinin bəzi Asiya ölkələri - Yaponiya, Hindistan, Tayvan və Cənubi Koreyada fəaliyyət göstərir.

 

Ekspertlər bunu bir çox xarici ölkələrin təcrübəsindən yararlanaraq Azərbaycanda da tətbiq edilməsinin tərəfdarıdırlar.

 

Çox təəssüf ki, ölkəmizdə qida bankları deyilən və ya bu qurumlara bənzər heç bir xeriyyə təşkilatının fəaliyyət göstərmir. Azərbaycanda qida banklarının tətbiq edilməsi ilə bağlı addımların atılması yoxsul ailələrin sosial güzaranının və rifahının yaxşılaşdırılması üçün olduqca önəmlidir.

 

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ərzaq bankları ilə bağlı sosial layihələrin həyata keçirilməsi ailələrin sosial problemlərinin həll edilməsində və qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər.

 

“Əslində bir çox xarici ölkələrdə bununla qeyri-hökumət təşkilatları məşğul olur. Qida ticarəti və tədarükü ilə məşğul olan bir sıra şirkətlər xeyriyyə prinsipləri üzərində əsaslanan sosial layihələrdə iştirak etmək marağındadırlar. Çünki bu layihələr onların imicinə müsbət təsir edir, dolayısı yolla onların gəlirlərini artırır.

 

Azərbaycanda da bu problem ilə məşğul olan xeriyyə təşkilatlarına ehtiyac var. Bu istiqamətdə lazımi tədbirlərin görülməsi qida məhsullarının satışına, hətta sosial vəziyyətinin normallaşmasına müsbət təsirini göstərə bilər. Lakin dövlətin bu məsələ ilə məşğul olması o qədər ciddi effekt verməyəcək. Ona görə ki, dövlətin üzərinə düşən daha ciddi işlər var. Qeyri-hökumət təşkilatları, media qurumları və şirkətlər könüllülük əsasında xeyriyyə tipli aksiyalar təşkil edə bilərlər”.

 

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda belə bir təşəbbüsün irəli sürülməsi mövcud sosial problemləri müəyyən dərəcədə aradan qaldıra bilər.

 

“Əlbəttə, bu əhəmiyyətli bir məsələdir. Bəzi ölkələrdə ərzaq bankları kimi xeriyyə təşkilatları əhali arasında qida təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayırlar. Azərbaycanda da bu təşəbbüs ətrafında işlərin görülməsi məqbul olardı. Gərək, bu istiqamətdə hökumət, biznes qurumları və istehlakçılar zəruri tədbirlər görsünlər”.

 

Yunis Abdullayev

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar