• Şikayət et

Azərbaycan Ukrayna səsverməsindən yayınıb

BMT Baş Məclisinin 12 oktyabr iclasında Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul olunub.
Sənədə 143 ölkə dəstək verib.
Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraquanın əleyhinə çıxdığı qətnaməyə 35 ölkə, o cümlədən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan bitərəf qalıb.
Azərbaycan, İran, Türkmənistan və daha 7 ölkə səsvermədən yayınıb.
1945-ci ildə qurulan BMT-nin 193 üzvü var.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq "Donetsk Xalq Respublikası”, "Luqansk Xalq Respublikası” adlı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.
Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək "Donetsk Xalq Respublikası”, "Luqansk Xalq Respublikası” rejimlərində, Zaporojye və Xerson vilayətlərində Rusiya Federasiyasına birləşmək "referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini "suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb.
İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.

Mənbə:
0
1593
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar