• Şikayət et

Azərbaycan Turizm Xəbərləri. Dünyada turizm xəbərləri.

 

İyul-oktyabr ayları arasında etməyi planlaşdırdığı 10 min 300 uçuşu ləğv edən İngiltərənin milli hava yolu şirkəti British Airways, minlərlə uçuşu daha ləğv edib.

Turizmplus.az xəbər verir ki, şirkətdən verilən açıqlamada, 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər Hitrou hava limanında edilməsi planlaşdırılan 10 min daha uçuşun ləğv edildiyi bildirilib.

Şirkətin açıqlamasında belə bir qərarın qışda ediləcək reyslərdə yarana biləcək əngəlləri minimuma endirmək üçün verildiyi qeyd edilib. Açıqlamada, ləğvlərin böyük ölçüdə qısamüddətli uçuşlara təsir edəcəyi, lakin bəzi uzun məsafəli uçuşların da ləğv ediləcəyi bildirilib.

Mənbə:
0
2889
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar