• Şikayət et

Azərbaycan Pakistan üçün qardaş ölkədir - VİDEO

"Azərbaycanla Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan Pakistan üçün etibarlı dost və qardaş ölkədir və münasibətlərin qarşılıqlı şəkildə inkişafına xüsusi önəm veririk".

Bunu Şuşada səfərdə olan Pakistanın spikeri Raca Pərviz Əşrəf Real-a müsahibəsində deyib:

“Azərbaycan və Pakistan arasında hər zaman dostluq əlaqələri mövcud olub. Bura konfransda iştirak etmək üçün gəlmişəm. Bu gün biz Qarabağdayıq. Bura gələndən çox təəssüflənirik. Çünki ki, Ermənistan bu gözəl şəhəri bərbad edib. İnanırıq ki, Azərbaycan şəhəri yenidən bərpa edəcək. Bölgədə hava limanları təmir edilib. Bütün yollar bərpa edilir. İnanıram ki, Azərbaycanın böyüklüyü budur və Azərbaycan həmişə yüksək səviyyəyə qalxacaq. Millətin rifahı da bura daxildir”.

Spiker, ölkəsinin bölgənin bərpasında Azərbaycana dəstək ola biləcəyini də istisna etməyib:

“Böyük məmnuniyyətlə Qarabağın bərpasında iştirak edə bilərik. Pakistan şirkətləri artıq bununla bağlı yardım təklif edib. Onlar bərpa işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycan necə desə, biz o cür də edəcəyik”.

Spiker həmçinin əlavə edib ki, Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla kimi olduqca önəmlidir.

 

Mənbə:
0
122
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar