• Şikayət et

AZAL Ermənistana külli miqdarda pul ÖDƏDİ – ÖZƏL

Azərbaycanın milli aviadaşıyıcısı AZAL  Ermənistanın Mülki Aviasiya Komitəsinə pul ödəyib. Vətəninfo.az-ın AZAL QSC-dəki mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL  Ermənistanın Mülki Aviasiya Komitəsinə aeronaviqasiya xidmətlərinə görə təqribən  32 min avro ödəyib.

Məlumatda  bildirilir ki, “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün  EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 2022-ci ilin Yanvar-mart ayları üçün 32 min avro ödədiyi qeyd edilir.

Qeyd edək ki, AZAL-ın  bu vəsaiti Ermənistana ödəməsinin səbəbi Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməsi ilə bağlıdır.

Eyni zamanda Ermənistan da Azərbaycanın hava məkanından isitfadə etdiyi üçün ödənişlər həyata keçirir.

0
16
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar