• Şikayət et

AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti avqustun 9-dan etibarənHeydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehlişəhəri marşrutu üzrə bilet satışına başlayıb.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-əbildirilib ki, cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfətəşkil edəcək: Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri,Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinəyetiriləcək.

Qeyd edək ki, AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuşproqramını “Zeal Global Group” şirkəti ilə birgə həyatakeçirir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçininaviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirməkmümkün olacaq.

Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-aqədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tamçeşiddə soyuq və isti qidalar daxildir.

 

 

Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn vəqüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazəverilən sərnişinlər qəbul ediləcək.

Hindistana getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəlbu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı linkvasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-india.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdənətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.

Mənbə:
0
2599
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar