Sentyabrın 2-də Azərbacan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Şahin Qurbanovla Venesuellanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Kristofer Berroteran arasında işgüzar görüş keçirilib.
Turizmplus.az xəbər verir ki, görüşdə iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, həmçinin postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasına dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində vaksinasiya prosesinin vacibliyinə toxunulub və gələcəkdə bu prosesin sərhədlərin açılmasına, beynəlxalq turizmin bərpasına töhfə verəcəyi diqqətə çatdırılıb.