“Aşiq Şekspir” filminin aktyoru vəfat edib

Böyük Britaniyadan olan məşhur aktyor Entoni Şer 72 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, 1998-ci ildə çəkilmiş "Aşiq Şekspir" filmindəki doktor Mas rolu ilə geniş ictimaiyyət tərəfindən tanınan aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

“Aşiq Şekspir”dən başqa, Şer 1998-ci ildə “Misis Braun” və 2010-cu ildə “Canavar adam” və digər sevilən filmlərdə rol alıb.

O, teatrdakı rolları ilə məşhurdur, iki dəfə "Lorensa Olivier" mükafatını qazanıb.

Şer 1949-cu ildə Cənubi Afrikada anadan olub, 1969-cu ildə Böyük Britaniyaya köçüb, burada İncəsənət Akademiyasına daxil olub. 1982-ci ildə "Royal Shakespeare Company"yə qoşulub.
 

Mənbə:
0
149
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar