• Şikayət et

Almaniyada "5-ci kolon" işə düşdü: "Cəhənnəmə getməlisiniz"

“Die Zeit” qəzetində 20-yə yaxın Almaniya ziyalısı Kiyevi Moskva ilə sülhlə bağlı danışıqlara inandırmaq üçün Almaniya və Qərb ölkələrinin hakimiyyət orqanlarını Ukraynaya hərbi yardımı dayandırmağa çağırıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Ukraynanın Berlindəki səfiri Andriy Melnik “Tvitter” hesabında “məğlub olanlara cəhənnəmə getməyi” tövsiyə edib. “Dərhal atəşi dayandırın!” sərlövhəli müraciətdə müxtəlif tezislərdə müəlliflər Kremlin ritorikasını təkrarlayırlar. Belə ki, onların fikirncə, işğalçıları cilovlaya bilmək, onların xalqı və ölkəni məhv etməsinə mane olmaq üçün Ukraynanın müdafiə qüvvələrinə silah verilməsi yanlış yoldur. Müəlliflərin fikrincə, danışıqlar “təslim olmaq demək deyil”.

 

Andriy Melnik

Müraciəti imzalayanlar Ukraynaya dəstək edildiyinə görə, qiymətlərin artmasını istəmirlər. Onlar “humanitar fəlakətlər təhlükəsi və açıq-aşkar eskalasiya riskindən” yazaraq, nüvə müharibəsindən qorxduqlarını dilə gətirirlər. Müəlliflər Ukraynanın işğal olunmuş ərazilərin azad edilməsi ilə qələbə qazanacağına inanmırlar.

Müraciətin müəllifləri - publisistlər, politoloqlar, iqtisadçılar, filosoflar, yazıçılar, rejissorlar, aktyorlar, həmçinin keçmiş kansler Angela Merkelin keçmiş hərbi müşaviri bəyan edirlər ki, Qərb "Rusiyanın Ukraynaya təcavüzünə qarşı birgə mübarizə aparmalıdır. Və revanş tələb etməlidir. Ancaq Ukraynanın məğlub olduğu təqdirdə ölkənin olmayacağı faktına gəldikdə isə, susurlar. Ukrayna səfiri imzalayanları “bir dəstə psevdointellektual məğlublar” adlandırıb.

"Sizin hamınız, Uorviks, Vadas, Klyuks, Prextlər, Yoqeşvarlar, Zehi və Ko., siz öz məğlubiyyətçi "məsləhətiniz"lə cəhənnəmə getməlisiniz. Əlvida",- deyə Melnik müraciət müəlliflərinə cavab verib. Xatırladaq ki, bu, Almaniyada ilk belə müraciət deyil.

2022-ci ilin aprelində xarici işlər naziri Kuleba qeyd edirdi ki, Almaniya və Avropada Rusiya işğalçılarının lideri Vladimir Putini dəstəkləyən insanlar Rusiyanın Ukraynaya qarşı böyük müharibəsində “qismən günahkardır”. Bir müddət əvvəl Almaniya kansleri Şolz bildirib ki, Rusiya ilə münasibətlər Ukraynadakı müharibədən sonra əvvəlki kimi olmayacaq. Əksər almanlar Rusiya Federasiyası ilə münasibətləri həmişəlik pozulmuş hesab edirlər.

Qeyd edək ki, Rusiyanın kəşfiyyat orqanları son vaxtlar xaricdə lobbi fəaliyyətini gücləndirib. Çox güman bu müraciət də Kremlin sifarişi əsasında hazırlanıb.

İlahin, Bizimyol.info

Mənbə:
0
188
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar