• Şikayət et

Almaniya Rusiyadan qaz nəqlini dayandırmağa hazırdır

“... Almaniya və Avropa Rusiyanın qaz tədarükünü tamamilə kəsmək qərarına gəlməsinə hazırdır”.

“Kommersant”ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Onun sözlərinə görə, Almaniya qaza qənaət edib və yenidən kömürlə işləyən elektrik stansiyalarının istehsal gücündən istifadə edir. Şolz bildirib ki, gələn ilin əvvəlində Almaniya lazım gələrsə, qalan Cənubi Almaniya nüvə stansiyalarından istifadə etmək imkanı əldə edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya qazı üçün “qiymət tavanı”nın tətbiqi məsələsini Avropa İttifaqı Şurasının müzakirəsinə təqdim etmək qərarını elan edib. Onun sözlərinə görə, bu tədbir icma ölkələri ilə razılaşdırıldıqdan sonra “çox tez” görülə bilər.

Onlar Avropa İttifaqında Rusiya qazının qiymətini 1 meqavat-saat üçün 50 avro və ya 1000 kubmetr qaz üçün təxminən 520 avro səviyyəsində məhdudlaşdırmaq istəyirlər. İtaliya və Polşa da daxil olmaqla bir sıra Avropa İttifaqı ölkələri ümumiyyətlə bütün Avropaya idxal olunan bütün qazın qiymətinin məhdudlaşdırılmasını təklif ediblər.

Ağasəf Babayev

Mənbə:
0
882
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar