• Şikayət et

Ağacanov: Koçaryan və Sarqsyan etiraz aksiyaları ilə Ermənistan dövlətçiliyini təhlükə altında qoyurlar

Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Ermənistandakı hazırki siyasi vəziyyəti və Azərbaycanla sülh sazişi imzalamaq niyyətində olan bu ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətin etirazlarını şərh edib.

 

Ednews interfax.az-a istinadən xəbər verir ki, o çıxışı zamanı bildirib ki, - “Müxalifət liderləri Azərbaycanla süıh sazişi imzalamamağı tələb edirlər. Bunun əvəzinə isə nə təklif edirlər – yenidən Azərbaycanla müharibəyə başlamağı? Bunu hələ yaxın keçmişdə hakimiyyətdə olan müxalifət təklif edir – Robert Koçaryan, Serj Sarqsyan, Artur Vanetsyan, Seyran Oqanyan. Bu şəxslər Azərbaycanla sivil münasibətlərin qurulması ilə bağlı istənilən imkanı əldən veriblər və faktiki olaraq, Ermənistanı uçurumun kənarına və bundan sonra da hərbi məğlubiyyətə gətiriblər”.

 

Onun sözlərinə görə, etiraz müxalifəti adlandırlan onlar Azərbaycanla sülh sazişi imzalamaq və sərhədlərin delimitasiyasını həyata keçirmək niyyətinə görə baş nazir Paşinyanı satqınlıqda ittiham edərək, yenidən ölkədə hakimiyyəti ələ keçirməyə çalışırlar. “Sual vermək istəyirəm – hakimiyyətə yenidən gələndən sonra onlar nə edərdilər? Yəgin, 30 il əvvəl olduğu kimi, heç nə. Axı onlar Azərbaycan torpaqlarının işğalının əbədi davam edəcəyini ümid edirdilər. İndi isə onlar Paşinyanı məğlubiyyətdə ittiham edirlər. Mən Paşinyanı ideallaşdırmıram – onun da səhvləri, müsbət və mənfi cəhətləri var. Əksinə, onun qərarsızlığına görə ona tənqidlə yanaşıram. 2018-2020-ci illərdə Paşinyan Qarabağla əlaqədar sülh danışıqlarını puç etdi və işi müharibəyə çatdırdi, nəticədə isə məğlub oldu”, - Ağacanov vurğulayıb.

 

O əlavə edib ki, Paşinyanı “əraziləri təhvil verməkdə” ittiham etmək axmaqlıqdır, çünki həmin ərazilər qanuna və tarixə əsasən Azərbaycana məxsusdur. “Əgər Ermənistanda hakimiyyət və müxalifət orta məxrəcə gələ bilməsələr və Azərbaycanla münasibətlərin normallaşması prosesini pozsalar, o zaman Ermənistan dövlətçiliyi özü təhlükə altında qalacaq və kənardan heç kim onu xilas etməyəcək”, - Ağacanov yekun vurub. **

Mənbə:
0
134
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar