• Şikayət et

ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldır

 

ABŞ hakimiyyəti Venesuelaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə yumşaldıb…

PİA.az RBK-ya istinadən xəbər verir ki, ABŞ höküməti Chevron-a Venesueladan ABŞ-a neft idxal etməyə icazə verib.

ABŞ-ın Maliyyə vazirliyi enerji nəhənglərindən biri olan Chevron-a və şirkətin törəmələrinə Venesuelada xam nefti və neft məhsullarını hasil edib ixrac etməyə icazə verib. Müvafiq lisenziya Maliyyə Nazirlityinin saytında dərc olunub.

Bununla bağlı Açıqlama verən ABŞ-ın prezident administrasiyasının sözçüsü qeyd edib ki, Maliyyə Nazirliyinin lisenziyası müvəqqəti xarakterlidir və 6 ay müddəti var: “Əgər Maduro müxalifətlə danışıqlarını “xoş niyyətlə” davam etdirməsə, bu lisenziya ləğv edilə bilər”, deyə Ağ Evdən bildiriblər.

Qeyd edək ki, noyabrın 25-dən başlayaraq Meksikada Venesuela müxalifəti ilə Maduro höküməti arasında danışıqlar aparılır.

pia.az

Mənbə:
0
432
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar