ABŞ "Əl-Qaidə"nin mövqelərinə zərbə endirib

Birləşmiş Ştatlar Suriyada "Əl-Qaidə" terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Zərbələrin hədəfi terror təşkilatının yüksək rütbəli üzvü olub. AzVision.az xəbər verir ki, bu barədə “Fox News” ABŞ Mərkəzi Komandanlığının kapitanı Bill Urbana istinadən məlumat yayıb.

"ABŞ qüvvələri dekabrın 3-də Suriyanın İdlib bölgəsinə "Əl-Qaidə"nin yüksək rütbəli lideri və təşkilatçısına qarşı yönəlmiş hava zərbələri endirib. Mülki şəxslər arasında itkilər ola bilər, bununla bağlı araşdırma aprılır. Aviazərbələr MQ-9 PUA-ları ilə həyata keçirilib", - Urban deyib.

Pərvanə Sultanova
 

Mənbə:
0
135
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar