• Şikayət et

9 kəndə su çəkilir, 5 su anbarı tikilir - VİDEO

Prezident İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Şabran rayonunun 9 kəndində icra olunan layihə 3000-dən çox sakinin içməli su problemini həll edəcək.

Mətn- Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrini əhatə edən layihəyə uyğun olaraq kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək. Suyun optimal paylanmasını təmin etmək üçün kəndlərdə hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilİr. İkipilləli nasoslarla anbarlara çatdırılacaq suyun paylayıcı şəbəkələrə ötürülməsi üçün 28 km uzunluğunda müxtəlif diametrli magistral su xətləri çəkilib.

Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilimiş şəbəkə yaradılır və bu məqsədlə 38 km xəttin inşası planlaşdırılıb. Eyni zamanda kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Hazırda anbarlarda və şəbəkə xətlərində tikinti quraşdırma və sayğaclaşma işləri aparılır. İyun ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun veriliməsi nəzərdə tutulur.


Regional Sukanal İdarəsinin rəis müavini Faiq Qurbanov:

"Layihədə mənbə kimi Şollar-Bakı su kəməri qəbul olunub. İki pilləli nasos stansiyası qurulacaq, həmin nasos stansiyalarından anbarlara su veriləcək və o anbarlardan özüaxımlı rejimdə su abonentlərə çatdırılacaq. Ümumilikdə 9 kəndin 3000 nəfərdən çox sakini içməli su ilə təmin olunacaq".

Qeyd edək ki, adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Bəzi kəndlərin sakinləri tələbatlarını Dağ Bilici kəndi yaxınlığındakı Xırmı bulağının suyundan istifadə etməklə ödəyib. Lakin son illər bulağın məhsuldarlığın azaldığından kəndlərin tələbatı tam ödənilmirdi. Buna görə sakinlər içməli suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdı.

Mənbə:
0
73
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar