57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır

Otuz il əvvəl dekabr ayında İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub AzVision.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icmasına ev sahibliyi edən ölkədir: "İsraildə də azərbaycanlı yəhudi icması var ki onlar Azərbaycanla çox sıx əlaqə yaradırlar. Onlar ölkələrimiz arasında körpü rolunu oynayırlar. 30 il ərzində strateji münasibətlər qurmağı bacarmışıq və bu yüksək qiymətləndirilir, dərin köklərə malikdir. Münasibətlərimiz çox sınaqlardan keçib. Son illər ərzində xüsusilə səhiyyə sahəsində iki ölkə arasında çox yaxşı əməkdaşlıq qurulub. Münasibətlərimiz 44 günlük müharibədə də sınaqlardan keçdi.

İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Son illər münasibətlərimizin ən yüksək həddi Azərbaycan ticarət ofisinin İsraildə açılması olub. Ümid edirik ki, gələcəkdə bu, İsraildə Azərbaycan səfirliyinin açılmasına gətirib çıxaracaq".

Pərvanə Sultanova
 

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar