• Şikayət et

2023-cü ildə quru sərhədləri açılacaqmı?

 

Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Pandemiya dövründə bağlanan quru sərhədlərinin may ayının 1-d açılacağı barədə məlumat yayılsa da, bu baş vermədi.

Sərhədlərin bağlı olması ölkə vətəndaşları ilə yanaşı xarici dövlətlərdən ölkəmizə gələnlər üçün də çətinlik yaradır.

Mövzuya münasibət bildirən millət vəkili Arzu Nağıyev Metbuat.az-a açıqlamasında dedi ki, Operativ Qərargah xəstəliklərin yayılması riskini nəzərə alıb qərar qəbul etdikdən sonra quru sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər.

Arzu Nağıyev

“Biz Rusiyada baş verən son hadisələrdən sonra Rusiyanın bir sıra quru sərhədlərində baş verən hadisələrin şahidi olduq. Düşünürəm ki, hər şeydən vacib insanların sağlamlıqları və təhlükəsizliyidir. Bu amilləri nəzərə alaraq Operativ Qərargahın tezliklə müsbət qərar verəcəyini gözləmək olar”.

Arzu Nağıyev qonşu İran dövləti ilə bağlı qalan quru sərhədindən dolayı narazılıq edənlərə cavab olaraq bildirdi ki, əgər sərhəd açıq olsaydı daha ciddi problemlər yaranardı.

“Bildiyiniz kimi, İran hazırda bir çox şəhərlərində baş verən etiraz və iğtişaşlar dalğası ilə baş-başadır. Bütün bu prosesləri nəzərə alıb deyə bilərəm ki, İran dövləti ilə quru sərhədimiz açıq olsaydı o zaman onlar bir bəhanə ilə, sərhədi qanunsuz keçmək adı ilə müxtəlif məsələlərə əl ata bilərdi".

Quru yolların açılmasını istəyənlərdən arzulayanlardan da birinin də özünün olduğunu xüsusilə qeyd edən müsahibimiz qeyd etdi ki, hər şeydən əvvəl təhlükəsizlik amilləri nəzərə alınmalıdır.

“Mənim təmsil etdiyim Gədəbəy-Tovuz bölgəsi Gürcüstana ən yaxın bölgələrdən biridir. Quru sərhədlərinin açılması turizmin inkişafı, gediş-gəlişin artması üçün mühüm məsələdir. Lakin müasir geosiyasi və təhlükəsizlik məsələlərini nəzərə alaraq bu istiqamətdə çox ciddi addımlar atmadan öncə mütləq şəkildə vətəndaşlarımızıntəhlükəsizliyi nəzərə almaq lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

 

 

Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar