• Şikayət et

Nəriman Nərimanov və Dağlıq Qarabağ problemi

Minilliklər boyu yaşayan Azərbaycan xalqının böyük bir tarixi vardır. Bu tarix öz gözəlliyi, zənginliyi ilə xalqımızın ən qədim dövrlərdən müasir dövrə qədər gəlib çatdığı çox uzun bir yolu özündə əks etdirir. Bu minilliklər ərzində Azərbaycan xalqı dünya tarixində silinməz izlər buraxmış imperiyalar, qüdrətli dövlətlər yaratmışdır. Eyni zamanda xalqımızın içərisindən dünya şöhrətli alimlər, filosoflar, tarixi şəxsiyyətlər çıxmış və layiqincə vətənimizi təmsil etmişdirlər.

Müasir dövrdə Azərbaycan tarix elmində əsas problemlərdən biri bəzi tarixçilərin tarixi proseslərə, tarixi şəxsiyyətlərin fəaliyyətlərinə, tarixin müxtəlif dövrlərində mövcud olmuş əsası xalqımız tərəfindən qoyulmuş dövlətlərin tarixinə obyektiv yanaşmamalarıdır. Tarixçilərin bu hərəkətləri çox böyük problemlərə gətirib çıxarır. Məqsədyönlü şəkildə müxtəlif tarixi dövlətlərimizə və şəxsiyyətlərimizə qərəzli mövqe ilə çıxış edənlər cəmiyyətdə çaşqınlıq yaradırlar. Ancaq obyektiv tarixçilər belə halların qarşısını alırlar. Belə tarixçilərdən biri də tarix üzrə fəlsəfə doktoru, tarixçi alim Samir Baxşəliyevdir. Samir Baxşəliyev mənbələr, sənədlər əsasında ciddi araşdırma aparmış və Nəriman Nərimanovun Azərbaycan tarixində xidmətlərini ətraflı şəkildə şərh etməyə və tarixi həqiqətləri cəmiyyətə düzgün çatdırmağa çalışmışdır. Tarixçi alim Samir Baxşəliyevin Nərman Nərmanovun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri həqiqətə uyğun şəkildə hər kəsə çatdırmaq istiqamətində gördüyü işlər günümüzdə Azərbaycan tarixində olan böyük bir problemi aradan qaldırmaq deməkdir. Ona görə ki, Nəriman Nərimanov haqqında bir neçə tarixçi cəbhəsi mövcuddur. Bəzi “tarixçilər” onu düşmən hesab edirlər. Samir Baxşəliyev kimi tarixçilər isə o dövrdə baş verən proseslərə obyektiv şəkildə yanaşıb bütün həqiqətləri real faktlar əsasında təbliğ etməyə çalışırlar. Mən bu təşəbbüsü alqışlayıram.

İstərdim ki, tarixçi alim Samir Baxşəliyevin Nəriman Nərimanov haqqında hazırladığı məqaləni sizlərə təqdim edim. Düşünürəm ki, bu məqalə obyektiv, tarixin saxtalaşdırılmasının əksinə olan bütün insanlar üçün böyük əhəmiyyətə malikdir.

Dosent Samir Baxşəliyev

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il fevralın 14-də imzaladığı fərmana əsasən bu il böyük ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi nəzərdə tutulur. Yubileyə hazırlığın gedişində həm elmi ictimaiyyət, həm də dövlət strukturlanın xətti ilə bir çox işlar görülmüşdür və bu proses davam edir. Prezident kitabxanasında N.Nərimanova aid elektron bölmənin açılması və burada bu böyük şəxsayyətin çoxtərəfli fəaliyətinə aid zəngin materialların toplanması xüsusi qeyd edilməlidir.

Hazırkı məqalədə milli maraqların qorunması naminə gördüyü işlərin bir zərrəsi olan Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması üçün gördüyü işlərin bəzi məqamlarını qısaca araşdırmağa çalışmışıq.

N.Nərimanov Azərbaycan tanxinin ən parlaq siyasi xadimlərindən biridir. Yaşadığı günlərdə, sonralar sovet dönəmində və az da olsa, müstəqillik dövründə də əsassız olaraq tənqid edilən N.Nərimanovun siyasi əqidəsi və partiya mənsubiyyətindən asılı olmayaraq xalqımız, tariximiz üçün gördüyü işlər danılmazdır. Azərbaycan sovet və vətən tanxşünaslığında tarixi torpaqlarımıza haqsız erməni iddialarının irəli sürülməsi ilə əlaqədar Ermənistan-Azərbaycan qarşıdurmasının tənzimlənməsində Nəriman Nərimanovun rolunun qiymətləndirilməsi, fikrimizcə, tamamilə obyektiv, sonadək araşdırılmış sayıla bilməz, Azərbaycan tarixçilərinin, o cümlədən H.Həsənovun, F.Əhmədovanın, Ş.Qurbanovun, R.Mustafazadənin və bir çox başqalarının Azərbaycan sovet hakimiyyəti qurulmasının mürəkkəb məsələlərinin araşdırılmasına həsr olunmuş əsərlərində bu məsələ ilə bağlı fikirlər araşdırılsa da, bu gün bu mövzuya qayıtmağa yenə də xüsusi ehtiyac hiss olunur. Sovet Ermənistanının Azərbaycana qarşı ərazi iddiaları, Daşnak və ardınca sovet Ermənistanının ərazi iddiaları o vaxt Moskvada sovet hökumətinin Azərbaycan SSR-nin mövqelərinə ciddi təzyiq göstərərək onu ərazi güzəştlərinə getməyə məcbur etməsi sonda müasir Qarabağ böhranının əsasını qoydu. 1920-ci il aprelin 28-də XI Qırmızı Ordunun dəstələri Azərbaycanı işğal etdilər. Azərbaycanda bolşevik hakimiyyətinin ilk vaxtlarında Dağlıq Qarabağ və Naxçıvanın ərazi mənsubiyyəti məsələsi xüsusi əhəmiyyət kəsb edirdi. Dəyişən vəziyyətdən yararlanan Ermənistan silahlı qüvvələri Zəngəzuru, Qarabağı və Azərbaycanın şimal-qərb bölgələrini işğal etdi. Münaqişənin diplomatik yolla həlli üçün Azərbaycan SSR Xarici İşlər Komissarlığı tərəfindən Ermənistan Xarici İşlər Nazirliyinə göndərilən etiraz notaları və Azərbaycan rəhbərliyinin bəyanatları, demək olar ki, nəticəsiz qaldı. O vaxtkı şəraitdə Azərbaycan SSR hökumətinin Ermənistana müharibə elan etmək imkanları yox dərəcəsində idi. Azərbaycanın milli ordu birləşmələrinin Qırmızı Ordunun tərkibinə daxil edilərək müstəqil fəaliyyət göstərmək hüququndan məhrum edilməsi səbəbindən Azərbaycanın öz qüvvələrinin respublikanın ərazi bütövlüyünü təmin etmək və öz silahlı qüvvələrindən istifadə edərək digər ölkələrlə ərazi mübahisələrini həll etmək imkanlarından məhrum olması Azərbaycanın milli müstəqilliyini itirməsinin ən vacib göstəricisi idi. Məhz həmin vaxtdan Azərbaycan tərəfi öz təhlükəsizliyi və ərazi bütövlüyü məsələlərini müstəqil həll etmək imkanından məhrum edildi. Sovet Rusiyasının Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisələrinə qeyri-müəyyən münasibəti səbəbindən erməni nizami və partizan birləşmələrinin Qırmızı Ordu birləşmələrinin (həm rus, həm də keçmiş milli) nəzarəti altında olan ərazilərə basqınları müntəzəm xarakter aldı. Gəncə, Zaqatala, Qarabağdakı üsyanlar və keçmiş milli ordunun əsas qüvvələrinin məğlubiyyəti ilə əlaqəli olan uğursuzluqlar ermani təcavüzkarlanın əlini açdı. Sovet Rusiyasının siyasi və hərbi rəhbərləri üçün uzun müddət Azərbaycanın və ya Ermənistanın müəyyən hissələrinə sahib olmaq məsələsi burada və orada proletar inqilabının baş verməsi üçün taktiki gediş kimi qəbul edilirdi. Müasir Azərbaycan tarixşünaslığında Rusiyanın xarici siyasətinin erməni maraqlarına uyğun hərəkəti barədə bir fikir mövcuddur. Bu mövqeni göstərən və təsdiq edən yüzlərlə faktlar və sənədlər mövcuddur. Sovet Rusiyasının Xalq Xarici işlər komissarı G.Çiçerinin 1920-ci il iyunun 29-da V.Leninə göndərdiyi məktubda Qarabağ, Zəngəzur, Şərur-Dərələyəz, Naxçıvan, Ordubad və Culfanın çox hissəsinin əslində Ermənistan Respublikasının əlində olduğunu ifadə edən fikir bildirilmişdi. Əlbəttə ki, G.Çiçerinin məlumatları reallıq baxımından həqiqətə uyğun deyildi. Ermənistan adı verilən ərazilərin çoxuna nəzarət etmirdi. Məlumatın bu cür və haradan formalaşmasını müəyyən etmək, bunların səbəbini izah etmək çətindir. İlk səbəb çox güman ki, məktubun tərtib edilməsindəki qeyri-dəqiqliklə əlaqədar idi. Eyni zamanda, G.Çiçerin yəqin ki, Sovet Rusiyasının gələcək xarici siyasətində Ermənistanın xüsusi missiyası ideyasını əsaslandırmaq istəyirdi. Qeyd etmək lazımdır ki, daha sonra Çiçerinin bu cür yanlış qənaətinə erməni bolşeviklərinin verdikləri saxta informasiyalar da təsir göstərmişdir. Belə yanlış yanaşma halları və onların təhlükəli nəticələrinin qarşısının alınmasında N.Nərimanov və o vaxtkı respublika rəhbərliyində sayca azlıq təşkil edən azərbaycanlı həmfikirləri ciddi cəhdlə mübarizə aparmalı olurdular. Nəriman Nərimanovun ermənilərin ərazi iddialarına qarşı mübarizəsi, Bu da faktdır ki, erməni bolşevikləri bəzən, hətta qeyri — səmimi olsa belə, sözdə Qarabağın, Zəngəzurun və Naxçıvanın Azərbaycanın tərkibində qalması məsələsində N.Nərimanovu və onun həmfikirlərini dəstəkləyirdilər. 1920-ci il iyunun 18-də bir qrup Qafqaz kommunistinin G.Çiçerinə göndərdiyi teleqramda N.Nərimanovla yanaşı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olan bir qrup erməni bolşevikinin imzaları da var. Teleqramda deyilirdi ki, artıq Sovet Azərbaycanının bir hissəsi olması iddia edilən Zəngəzur və Qarabağa gəldikdə, qəti şəkildə bəyan edirik ki, bu yerlər mübahisəsizdir və Azərbaycanın daxilində qalmağa davam etməlidir. 1920-ci ilin iyul ayının ortalarında Moskva iki qonşu dövlətin ərazi aidiyyəti məsələlərini gələcək vahid dövlətin nisbətən sabit hissəsi kimi nəzərdən keçirməyə başladı. 1920-ci il iyunun 19-da Azərbaycan torpaqlarının Ermənistan SSR-ə bağışlanmasında xüsusi xidmətləri olmuş S.Orconikidze Sovet Rusiyasının Xalq Xarici İşlər Komissarına teleqramında yazırdı ki, Sovet hakimiyyəti Qarabağda və Zəngəzurda elan edildi və yuxarıda göstərilən ərazilər özlərini Azərbaycan Sovet Cümhuriyyətinin bir hissəsi hesab edir. Naxçıvan bir neçə aydır müsəlman üsyançıların əlindədir. Şərur-Dərələyəz rayonu haqqında məlumatım yoxdur. Deməliyik ki, Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişələri məsələsində Moskvanın mövqeyini ilk növbədə erməni kommunistlərinin təsiri ilə əlaqələndirmək sonadək düz olmaz. Sovet Rusiyasının o dövrdə bu məsələdəki mövqeyi sonrakı planları ilə əlaqəli idi. Bu planlara yaxın vaxtda Ermənistanın sovetləşməsini təmin etmək də daxil idi. G.Çiçerin bu planlar haqqında 1920-ci ilin iyulunda N.Nərimanova yazdığı məktubda bildirirdi ki, vəziyyət bizi daşnak hökumətinə güzəştə getməyə məcbur edir...Türkiyə ilə yeganə həqiqi əlaqə yalnız İrəvan yolu ilə ola bilər və buna görə də Ermənistanla əlaqələr qurmalıyıq. G.Çiçerinin arqumentini çətin ki, məntiqli adlandırmaq olar. Əslində Rusiya Xarici İşlər komissarlığının o vaxtkı rəhbəri açıq şəkildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını nəzərə almağa çalışırdı. Əksər hallarda G.Çiçerin yaranan münaqişələrin günahkarı kimi Azərbaycan tərəfini görürdü. G.Çiçerinin özü, Ermənistanla Azərbaycan arasındakı ərazi məsələlərinə dair mübahisələrdə ən yaxşı halda Qırmızı Ordunun bölmələri tərəfindən "mübahisəli ərazilər"in işğalına razılığını bildirmişdi. S.Orconikidze yazırdı ki, mənim dərin inamım budur ki, Azərbaycanda Sovet hakimiyyətini gücləndirmək və Bakını bizim üçün qorumaq səbəbindən Dağlıq Qarabağ ilhaq olunmalıdır. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi də bu məsələdə qəti şəkildə çıxış etdi. 1920-ci il iyulun 15-də AKP (b) Mərkəzi Komitəsinin Siyasi Bürosu N.Nərimanovun ciddi təkidləri əsasında "Qarabağ və Zəngəzur Azərbaycana birləşdirilməli" deyilən bir qətnamə qəbul etdi. N.Nərimanov Rusiyanın məsələ ilə bağlı davranışından olduqca narahat idi. Səbəbsiz deyil ki, Rusiya-Ermənistan razılaşmasının Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın xeyrinə həll edilməsinə səbəb olacağı gözlənilirdi.1920-ci il noyabrın 30-da Siyasi Büro və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun ortaq iclası, dünya inqilabının Ermənistan istiqamətində irəliləməsindən "ilham alaraq", Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi haqqında qərar qəbul edildi. Ardınca 1920-ci il dekabrın 1-də Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov Bakı Şurasının iclasında çıxış edərək göstərilən ərazi güzəştlərinə razı olduğunu elan etdi. Lakin elə buradaca çox vacib bir məqamın üzərindən keçilir. Əvvəla, N.Nərimanov da bolşevik olaraq hesab edirdi ki, Sovet hökuməti, şübhəsiz ki, hər şeyi, o cümlədən ərazi mübahisələrinin həllində Rusiya və Azərbaycanı müttəfiq etməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözü gedən məsələ haqda qərar bu bəyanatdan bir gün əvvəl partiyanın Zaqafqaziya bürosunun toplantısında N.Nərimanov və azlıq təşkil edən tərəfdarlarının ciddi etirazlarına baxmayaraq səs çoxluğu ilə qəbul edilmişdi. Lakin sonradan N.Nərimanovun ciddi cəhdləri və Türkiyə hökumətinin məsələ ilə bağlı Moskva ilə danışıqları nəticəsində bu məsələ dayandırılmış və ərazi itkilərimiz əvvəlki variantlarla müqayisədə xeyli azalmışdı. Çox keçmədən Sovet Rusiyası, Türkiyə və Cənubi Qafqaz respublikaları arasında saziş bağlamaq məsələsi real həyata keçdi. Moskva Rusiya-Türkiyə danışıqları ərəfəsində Türkiyə nümayəndə heyəti Bakıya gəldi. İki ölkə siyasətçiləri arasındakı təmasların Bakı mərhələsi və N.Nərimanovun iştirakı ilə aparılan danışıqların məzmunu Sovet tərəfinin bu danışıqlara verdiyi önəmin sübutudur. 1921-ci il yanvarın 29-da N.Nərimanov, Ə.Qarayev, D.Bünyatzadə, B.Şahtaxtinski və başqaları, həmçinin Zaqafqaziya liderləri S.Orconikidze, S.Eliava Türkiyə nümayəndə heyəti ilə görüşmüşdülər. Türkiyə nümayəndə heyəti fevralın 6-dək Bakıda qalmışdı. 1921-ci ilin fevral-mart aylarında Moskvada Sovet-Türkiyə danışıqları keçirildi. Bu danışıqlarda mərkəzi yerlərdən biri Rusiya və Türkiyə arasındakı bu iki "suveren" dövlət arasında sərhədlərin qurulmasına rəsmi razılıq şərtilə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məsələsi idi. Eyni zamanda bu respublikaların mübahisəli əraziləri məsələsi danışıqlarda əsas məsələlərdən biri olmuşdu. Nəhayət, 1921-ci il martın 16-da Moskvada Sovet Rusiyası ilə Türkiyə arasında müqavilə imzalanır və ona əsasən iki dövlət arasında sərhədlər qurulur. Danışıqlar zamanı siyasi komissiyanın ilk iclasının ən vacib məsələsi əslində Azərbaycan SSR-in sərhədlən məsələsi olan Naxçıvan məsələsi idi. Burada müzakirə dərhal Türkiyə heyətinin təyin etdiyi istiqamətdə getdi. Rusiya tərəfi ümumilikdə Naxçıvanın Azərbaycana məxsus olması fikri ilə asanlıqla razılaşdı və bir qədər dəyişiklik etdi. İndi Azərbaycanın himayəsində olan Naxçıvanın statusu sual kimi səsləndi, Naxçıvan Azərbaycan Respublikasının ayrılmaz hissəsi elan edildi. Moskva konfransının materiallarını diqqətlə öyrənənlər belə bir təəssürat əldə edə bilərlər ki, Dağlıq Qarabağ, mövzusu müzakirə iştirakçıları tərəfindən rədd edilmişdi. Ancaq bu belə deyil. Bu mövzu konfrans boyu mövcud idi. Rusiya tərəfi, göründüyü kimi, Naxçıvan məsələsində Türkiyəyə güzəştə gedərək, güman edirdi ki, Dağlıq Qarabağ məsələsində Ermənistanın xeyrinə uyğunlaşma şansı var. 1921-ci il iyunun 27-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitosinin Siyasi Büro və Təşkilat Bürosunun iclasında erməni kommunisti A.Bekzadyanın Dağlıq Qarabağ problemi Dağlıq Qarabağın iki yerə (erməni və müsəlman hissələrinə) bölünməsi təklifi müzakirə edildi. O dövrdə Tiflisdə olan M.Hüseynov N.Nərimanovun təkliflərini S.Kirovun başçılıq etdiyi Zaqafqaziya respublikalarının ərazi demarkasiyası ilə məşğul olan komissiyaya təhvil verildi. N.Nərimanovun Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə ehtimalı haqqında söylədiyi sözlər, bu sözləri separatçı təfsirlərinin həddən artıq canfəşan tərəfdarları tərəfindən veriləndən daha fərqli bir məna verməyə cəhdlər göstərildi. N.Nərimanovun "Baksovet"in 1 dekabr 1920-ci il tarixli iclasında Dağlıq Qarabağın taleyi ilə bağlı verdiyi bəyanatın mətninin əsassız olaraq şərh edilməsindən narahatlığı əbəs deyildi. O bildirirdi ki, Ermənistanda kommunistlər hakimiyyətə gəldikdən sonra onların nümayəndəsi kimi - A.Mravyanın Dağlıq Qarabağda səlahiyyətli nümayəndə təyin edilməsi buna bənzər digər addımlar Ermənistan tərəfindən Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması idi. Etiraf etmək lazımdır ki, N.Nərimanovun 1920-ci il dekabr bəyannaməsi erməni tərəfinin hərəkətləri üçün müəyyən bir əsas olmuşdur. Lakin N.Nəri manovun bəyannaməsini dövlətlərarası münasibətləri tənzimləyən rəsmi sənəd kimi qəbul etmək olmaz. Mravyanın Ermənistan hökumətindən Azərbaycan SSR-in tabeliyində olan Dağlıq Qarabağ bölgəsinə bir məmur təyin edilməsi qonşu dövlətin açıq təxribatçı siyasətinin növbəti addımı idi. Ermənistan Sovet Rusiyası ilə Türkiyə arasında Moskva Müqaviləsi imzalandıqdan bir neçə ay sonra özü üçün Rusiyanın dəstəyini təmin edərək yenidən Dağlıq Qarabağın taleyi məsələsinə qayıtdı. 1921-ci ilin iyununda, Azərbaycanla məsələnin heç bir razılaşdırılma olmadan Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. Bu qərar təsadüfi deyildi. Moskvadan Ermənistan və Azərbaycan rəhbərlərinə artıq iyun ayında Qafqaz Bürosunun plenar iclasının keçiriləcəyi və burada Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsinin müzakirə ediləcəyi haqqında məlumat vermişdi. Bu məsələ ilə bağlı qərarın əlverişsiz nəticəsini əvvəlcədən duyan N.Nərimanov Ermənistan tərəfinin səylərini əngəlləmək üçün bəzi qabaqlayıcı addımlar da atmışdı. Baş verən hadisələr, görünür, Azərbaycan üçün əlverişsiz bir sona çatdı. Nəhayət, 1921-ci il iyulun 4-də RK(b)P MK-nın Qafqaz Bürosunun plenumunda Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarıldı və aşağıdakı təklif səsverməyə qoyuldu: "Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, yalnız Dağlıq Qarabağda plebissit keçirmək." Qafqaz Bürosunun 8 üzvü səsvermədə iştirak etdi. S.Orconikidze, S.Kirov, A.Myasnikov, Y.Fiqatner Dağlıq Qarabağın Ermənistana verilməsinə səs verdilər. Səsvermədə yalnız N.Nərimanov və Gürcüstan İnqilab Komitəsinin o vaxtkı sədri F.Maxaradze Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalmasına səs verdilər. Bir sözlə, N.Nərimanov azlıqda qaldı və belə görünürdü ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın xeyrinə həll edilmişdir. Bu qərara səbəb nə idi? Bu cür qərarın qəbul edilməsinə subyektiv faktorların təsiri daha çox idi. Amma Dağlıq Qarabağın Ermənistana verilməsinin İchinə səsvermənin iştirakçılarının "yuxarının" göstərişləri ilə hərəkət etdiyi qabaqcadan məlum idi. Lakin 1921-ci il iyulun 4-də N.Nərimanovun təklifi ilə Plenumun gündəliyinə daha bir bənd əlavə edildi. Söhbət Dağlıq Qarabağ məsələsinin müzakirəsinin RK(b)P Mərkəzi Komitəsinə verilməsindən gedirdi. Bu təklifin yekdilliklə qəbul olunması xarakterikdir. Artıq iyulun 4-də plenum iştirakçıları ilə Stalin arasında fikir mübadiləsi baş tutdu, nəticədə büronun 4 iyun tarixli qəranna iyulun 5-də yenidən baxıldı və nəticədə Azərbaycan tərəfinin maraqlarına uyğun, ədalətli qərar yekdilliklə qəbul edildi. Ədalət naminə deyilməlidir ki, qərarın yeni variantının qəbulunda N.Nərimanovun gətirdiyi ciddi arqumentlərlə razılaşan S.Kirovun bir gün əvvəlki mövqeyini dəyişməsi də az rol oynamadı.

Yekun. Sözsüz ki, bir məqalədə Dağlıq Qarabağ məsələsənin bu cür mürəkkəb və ziddiyətlərlə zəngin həlli prosesinin bütün gedişini ətraflı təhlil etmək mümkün deyil. Lakin bir məsələ heç vaxt və heç bir halda danılmazdır ki, həmin şəraitdə, Dağlıq Qarabağın “beynəlmiləlçi” bolşeviklərin mövqesizliyi ucbatından az qala Ermənistana “bağışlanması”nın baş tutmamasında məhz N.Nərimanovun böyük xidmətləri olmuşdur. Həmin hadisələrdən bir əsr keçməsinə baxmayaraq N.Nərimanovun bu xidməti tarixdə qalacaq və hər bir azərbaycanlı tərəfindən həmişə iftixarla yad ediləcək. Bu gün Dağlıq Qarabağ ətrafında çox mürəkkəb şəraitin yaranması, 30 ildən artıq Qarabağ müharibəsinin davam etməsi, bunun bütün çətinliklərinə baxmayaraq Dağlıq Qarabağ beynəlxalq qanunlara və hüquqa əsasən Azərbaycan Respublikasının ərazisidir. Yaşadığımız hər bir gün bizi torpaqlarımızın erməni işğalından azad edilməsinə daha da yaxınlaşdırır.”

                                                              ƏDƏBİYYAT

1) Köçərli T.K Qarabağ: Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə. Bakı: Elm, 2002, 472s.

2) Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. 14 fevral 2020-ci il // Azərbaycan. 2020, 15 fevral, s.1.

3) Имранлы К. Создание Армянского государства на Кавказе. Истоки и последствия. М.Ладомир, 2005, 256 с.

4) К истории образования Нагорно-Карабахской Автономной Области Азербайджанской ССР. 1918-1925 гг. Документы / Баку ; Азернешр, 1989, 334 с.

5) Жуков Ю.Н. Первое поражение Сталина в 1917-1922 годы от Российской империи – к СССР/Ю.Н. Жуков. М.: Аква-Терм, 2011, 672 с.

6) Коммунист. 1921, 12 июня, с.1.

7) Гасанлы Дж.П. История дипломатии Азербайджанской Республики: в 3 т. Т.1: Внешня политика Азербайджана в годы советской власти (1920 – 1939 гг.). М.: Наука, 2013, 720 с.

8) Гулиев Дж.Б. К истории образования второй республики Азербайджан. Баку: Элм, 1997, 163 с.

9) Мустафазаде Р.С. Две республики. Азербайджано-российские отношения в 1918-1922 гг.. M.: МИК, 2006, 356 с.

      10), И.В. Азербайджанская ССР в экспансионистских планах армян. Баку: Техсил, 2010, 289 с.

       11)Представлен в пользование электронный проскт Президентской библиотски «Нариман Нариманов»: (Elekrton resurs) / URL: http:/Avvvevv.preslib.az/ru/nevvs EKvyX.php

2020-ci ilin əvvəllərində yazıya alınmış bu məqalədə tarixçi alim son olaraq 30 il ərzində işğal altında saxlanılan 20 faiz ərazilərimizin yaxın vaxtlarda işğaldan azad ediləcəyinə sözsüz inandığını bildirib. Həqiqətən də 2020-ci ilin sonlarında ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan bütün ərazilərimizi işğaldan azad etdi. 30 illik işğala və Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan ordusu qələbə çaldı. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa edildi. Ərazi bütövlüyümüzün bərpa edilməsi Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. Regionda yeni reallıqlar yarandı. Bu reallıqlar, yeni iqtisadi imkanlar Azərbaycanla yanaşı qonşu ölkələrin də davamlı inkişafını təmin edəcək. Zəngəzur dəhlizinin açılması və bu dəhlizlə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə bir başqa quru əlaqəsinin yaranması türk dünyasının coğrafi birləşməsi deməkdir. Azərbaycanın gələcəyi çox parlaqdır. Şübhəsizdir ki, yaxın gələcəkdə Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olacaq. Günümüzdə Azərbaycanın inkişaf dinamikasına nəzər yetirdikdə bu ehtimalın həqiqətə çevriləcəyinə heç bir şübhə qalmır.

Anar Salehoğlu (Qarayev)

Analoq.az

 

 

 

 

 

 

 

 

Mənbə:
0
8877
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar