• Şikayət et

MTM vaksinasiya presesi ilə bağlı SORĞU KEÇİRİR

MTM (Media Təhlil Mərkəzi 2021-ci ilin əvvəlindən etibarən əhalinin vaksinasiya prosesinə münasibətini öyrənmək məqsədilə mütəmadi olaraq sorğular keçirir. Sorğu nəticələrinin təhlili zamanı əhalinin peyvəndlənmə prosesinə münasibətində ciddi dəyişikliklərin olduğu müşahidə edilib.

"OLAYLAR" xəbər verir ki, mərkəzin mütəxəssisləri "COVID-19" virusu əleyhinə vaksinasiya prosesi ilə bağlı mart və avqust aylarında keçirilən sorğuların nəticələrini təhlil edib.

Təhlil zamanı qeyd olunan aylarda respondentlərin seçdiyi "Peyvənd olunmuşam", "Ətrafımda peyvəndlənən olmayıb", "Dost və tanışlarım vaksinasiya prosesinə cəlb edilib" variantlarının faiz göstəriciləri müqayisə olunub.

Nəticələr göstərir ki, sorğu iştirakçıları arasında "Dost və tanışlarım vaksinasiya prosesinə cəlb edilib" deyənlərin sayı azalsa da, həm özünün, həm də ətrafındakıların peyvənd olunduğunu bildirən respondentlərin sayı kəskin artıb. Bu, vaksinasiya ilə bağlı təbliğat və maarifləndirmə tədbirlərinin gözlənilən nəticəni verdiyini deməyə əsas verir və peyvəndlənmədə könüllülük prinsipinin üstünlük təşkil etdiyini göstərir.

Mənbə:
0
5451
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar