Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
1. "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs yaradılsın.
2. "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin (bundan sonra - Mərkəz) tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsə (bundan sonra - İnstitut) çevrilməklə yenidən təşkil edilsin.
4. Müəyyən edilsin ki:
4.1. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir;
4.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
4.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
4.4. Mərkəzin Nizamnamə Fondu 100,0 (yüz) min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;
4.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
4.6. Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir;
4.7. Mərkəzin tabeliyindəki İnstitutun təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərini Mərkəz həyata keçirir.
5. Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə edilsin:
5.1. Azərbaycan Respublikasının Prezidentinə:
5.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
5.1.2. idarəetmə orqanlarının yaradılması;
5.1.3. Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.1.4. Mərkəzin ləğvi və yenidən təşkili;
5.1.5. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
5.2. Mərkəzə:
5.2.1. Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;
5.2.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Mərkəzin yaradılması ilə əlaqədar normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Mərkəz "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:
6.2.1. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmlakının Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin etsin;
6.2.2. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2.3. Mərkəzin inzibati bina ilə, nəqliyyat vasitələri ilə təmin edilməsi və maddi-texniki təminat məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Mərkəz:
7.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
7.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
8.1. bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;
8.2. Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
9. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər görsünlər.
10. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə tövsiyə edilsin ki, Mərkəzin Müşahidə Şurasında təmsil olunacaq nümayəndəsini müəyyən etsin.
Milli.Az
İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:
"Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib".
Milli.Az
İspan rəssamı Pablo Pikassonun "Femme nue couchée" ("Uzanmış çılpaq qadın") tablosu Nyu-Yorkdakı "Sotheby's" hərracında 67,54 milyon dollara satılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, bu əsərdə rəssamın ilham mənbəyi model Mariya-Tereza Volter olub.
Pikassonun daha bir tablosu - "Çılpaq kişi və qadın" isə 5,1 milyon dollara satılıb.
Bundan başqa, həmin axşam Pol Sezann, Anri Matiss, Klod Mone, Salvador Dali və başqalarının əsərləri hərraca çıxarılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Prezident İlham Əliyev Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Milli.Az
Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməsi üzrə sazişin layihəsinin imzalanması gözlənilir.
Onun sözlərinə görə, bu layihə hələ 2016-cı ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük xidmətləri tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanıb.
"Bu saziş Azərbaycanla Gürcüstan arasında imzalanıb. Qazaxıstanla da sazişin imzalanması gözlənilir. Həmçinin, bu sistemin Gürcüstan tərəfindən 2023-cü il yanvarın 1-də işə salınması planlaşdırılır", - deyə o bildirib.
Həmçinin, Azərbaycanda "eTIR" prosedurunu işə salmaq planlaşdırılır.
Bununla əlaqədar olaraq DGK beynəlxalq yükdaşımaların elektronlaşdırılmasının texniki uyğunlaşdırılması üzrə tədbirləri başa çatdırır. DGK ilə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında müvafiq memorandum imzalanacaq.
"Bu gün DGK öz fəaliyyətini 2024-cü ildək nəzərdə tutulan strateji plan layihəsinə uyğun olaraq həyata keçirir. Planda rəqəmsal mühitə keçid nəzərdə tutulur. Bu günədək biz demək olar ki, tamamilə elektron sənəd dövriyyəsinə keçmişik. Azərbaycan elektron formatda Gürcüstan, Türkiyə, Ukrayna, İran, Rusiya kimi ölkələrlə sənəd mübadilə edir. Bu ölkələrin sayının artırılması ilə bağlı işlər aparılır", - deyə o bildirib.
Milli.Az
Almaniya Kansleri Olaf Şolts Ukraynadakı müharibəni Avropa İttifaqının (Aİ) tarixində üzləşdiyi ən böyük böhran adlandırıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kansler Şolts Bundestaqda çıxışında bildirib.
Şolts Ukraynadakı müharibəni tarixdə dönüş nöqtəsi adlandırıb.
O, Aİ-yə üzv dövlətlərin əvvəllər olduğu kimi, indi də həmrəyliklə bu böhrana qarşı dayanacağını bildirib.
"Kənardan təzyiqlər nə qədər çox olursa, biz Avropa İttifaqı olaraq bir o qədər gücümüzü birləşdirib birlikdə hərəkət edirik. Hamımız bir hədəfi paylaşırıq: Rusiya bu müharibədə qalib gəlməməlidir, Ukrayna qalib gəlməlidir.
Qəddar hücuma məruz qalan ölkənin özünü müdafiə etmək üçün köməyə ehtiyacı var və bunu eskalasiya adlandırmaq olmaz", - Şolts vurğulayıb.
Milli.Az
İnstaqramda "Aestheditt" səhifəsi paylaşımları ilə diqqət çəkir.
Milli.Az olay-a istinadən xəbər verir ki, səhifə sahibi Səid Nəbizadə yerli məşhurları fotoşop vasitəsilə gah hansısa brendin siması edir, gah da əcnəbi həmkarları ilə bir araya gətirir.
Onun bəzi paylaşımlarını təqdim edirik:
Milli.Az
Məqaləyə dair fotomateriallar:
"Fevral-mart aylarında İrpenin (Kiyevdə yaşayış məntəqəsi) ərazi müdafiəsində döyüşdüm. Evim və İrpen dağıdıldığı üçün mən indi Lvovdayam".
Bunu Milli.Az-a açıqlamasında Ukrayna Prezidentləri yanında Milli Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi ekspert Volodimir Martinyuk deyib.
O bildirib ki, Rusiyanın Ukrayna ilə müharibəyə başlamaq üçün uydurduğu bəhanələrin heç biri özünü doğrultmadı:
"Rusiyanın uzunmüddətli müharibə üçün potensial kifayət qədərdir və bu müddət daha çox uzansa, döyüşdə itirdiklərini bərpa etməyə qadirdirlər. Eyni zamanda Rusiya ictimai rəyi manipulyasiya etmək və müxtəlif isteriyalar yeritmək qabiliyyətinə malikdir. Onlar bu qədər sanksiyalara rəğmən müharibənin davamında belə bəzi silahlar hazırlamağa qadirdirlər. Doğrudur, Qərb komponentlərinə çıxışı ilə əvvəlki qədər yaxşı deyil, lakin bu Rusiyanı daha da müqavimət göstərməyə vadar edir.
Bildiyiniz kimi Ukrayna "Avroviziya 2022" mahnı müsabiqəsinin qalibi seçildi. Bu o deməkdir ki, müsabiqə gələn ilin mayında Ukraynada keçirilməlidir. Amma Ukraynada təhlükəsiz "Avroviziya" yalnız Rusiya ilə problem tam həll olunduğu halda baş tuta bilər - yəni onun Ukraynadan qovulması və müharibəyə son qoyulması üçün müvafiq sazişin imzalanması zəruridir.
Rusiyanın Ukrayna ilə müharibəyə başlamaq üçün uydurduğu bəhanələrin heç biri özünü doğrultmadı, təsdiqini tapmadı. İndi onların apardığı bu müharibənin heç bir məntiq yoxdur və bu savaşın necə nəticələnəcəyi, nə zaman yekunlaşacağı ilə bağlı nəyisə proqnozlaşdırmaq çox çətindir. Yeri gəlmişkən, indi Rusiyada "ictimai rəy" vəziyyəti daha çox isteriyaya bənzəyir, Hitler dövründə almanların şüurunda baş verənlərin tamamilə təkrarlandığını görə bilərik.
Hər halda, Rusiya dövləti indi Ukraynaya qarşı müharibələrini və hətta Ukraynada hərbi cinayətlər törətməkdə açıq-aşkar niyyətlərini Nürnberq məhkəməsindəki Almaniya liderləri ilə eyni şəkildə izah edirlər: "Biz bunu istəmirdik, amma başqa seçimimiz yox idi. Çünki əks təqdirdə onlar bizə hücum edərdilər".
Bu özünə haqq qazandırmaq düsturu indi əksər rusların ağlında və dilindədir. Çünki telekanalları ancaq bu fikri təbliğ edirlər".
Təhməz Əsədov
Milli.Az
Milli.Az xəbər verir ki, xalq artisti Əminə Yusifqızı moderator.az-ın suallarını cavablandırıb.
- Əminə xanım, öncə təşəkkür edirik ki, suallarımızı cavablandırmağa razılıq verdiniz. Necəsiniz?
- Çox təşəkkür edirəm! Mənim sizə və saytınıza böyük hörmətim var. Son 10 ildə demək olar ki, heç yerə müsahibə vermirəm. Heç bir saytda müsahibəmi görə bilməzsiniz. Kim zəng edirsə bir bəhanə gətirirəm. Efirlərdən də yalnız Saleh və Nanənin verilişinə gedirəm. Məni tez-tez Salehin "Ötən günlər" verilişində görə bilərsiniz. O mənim hörmət etdiyim aparıcılardandır. Başqa hansı verilişlərə gedim ki? Nə verilişlər var ki? Mən bilirəm də hara getmək lazımdır. Bizim vaxtımızda olan verilişlər indi yoxdur.
- Verilişlərin az olmasının səbəbkarı kimdir?
- Əlbəttə ki, televiziyalar özləridir. Mən elə şeylərə qarışmıram əzizim.
- Uzun illər dublyaj sahəsində çalışmısınız. Dublyajın bu günki vəziyyəti sizi qane edir?
- Hanı dublyaj? Haradadır? Mən dublyaj görmürəm, maraqlı səslər eşitmirəm. O illərdə dublyaj edirdim, yaxşı da qonorar alırdım. O vaxt mən çox yaxşı qazanırdım. İllər keçəndən sonra nə televiziya, nə radio, nə də kinostudiya yaxşı qonorar vermədi. İndi kimi gəldi dublyaja çağırırlar. Bu düz deyil. Heç bir ölkədə belə bir şey yoxdur. Kinostudiyada dublyaj bölümü var idi, indi o da yoxdur.
- Hansı qiraətçiləri dinləyirsiniz?
- Xalq artisti Laləzar Mustafayeva mənim çox sevdiyim qiraətçilərdəndir. Amma o da indi yoxdur. Çünki verilişlər də yoxdur. Hansı efirə çıxsın Laləzar?
- Əminə Yusifqızı olmaq üçün çox əziyyət çəkmisiniz? Bəzən sənət qalmaqalları olur, şöhrəti qoruyub saxlamaq asan olmur.
- Mən hər zaman yaradıcılıqla məşğul olmuşam. İşim əziyyətlə olsa da ləzzət almışam. O ki, qaldı qalmaqallara... Heç vaxt qalmaqallarda adım hallanmayıb. Nə o illərdə, nə də ki, indi. Həmin insanlar qalmaqal edirlər ki, onlar özləri də elədir. Heç vaxt intriqalı suallara cavab verməmişəm. Qalmaqal edən insanlar özlərinə hörmət etməyən insanlardır. İnsan özünə qiymət verməsə heç kim ona qiymət verməz!
- Bəxtiyar Vahabadənin, Mikayıl Müşfiqin, Rəsul Rzanın şeirlərini bir çox tamaşaçılar sizin ifanızda seviblər. Deyərdim ki, bu 3 şairin yaradıcılığı elə sizin yaradıcılığınızda da xüsusi yer tutur.
- Mən hazırda Dağlı məhəlləsinə yaxın yerdə yaşayıram. Bu dağlılar hər zaman məni görəndə deyirlər ki, "sən bizimsən, bizim". Çünki ilk dəfə Mikayıl Müşfiqin şeirlərini mən səsləndirmişəm. Mikayıl Müşfiqi, Bəxtiyar Vahabadəni, Rəsul Rzanı bu xalq üçün açmışam.
- Bu gün gününüz necə keçir?
- Mən bu gün də yaradıcılıqla məşğul oluram. Özümdə buna güc tapıram. İnsan hər zaman öz üzərində çalışmalıdır. Stanislavski deyirdi ki, "sənətin damı yoxdur". Mən hər zaman fondumu təzələyirəm, təkrar biliyin anasıdır.
- Uzun illər teatrda da çalışmısınız. Bu gün o illəri necə xatırlayırsınız?
- Mən 10 il Akademik Milli Dram Teatrında, 10 il isə Gənc Tamaşaçılar Teatrında çalışmışam. Amma onunla belə radio, televiziya və kinostudiya ön planda olub. Çox işlər görmüşəm. Ailə ilə bütün bu işləri çatdırırdım, övladım balaca idi, qızıma anam baxırdı. Yaradıcılıq olan yerdə insan yorulmur.
- Filmlərə niyə az çəkilmisiniz?
- 1970-ci illərdən sonra çəkilən filmlərdə bütün aktrisaları səsləndirmişəm. Çoxu erməni, rus, alman idi. Hamısının səsini mən yazmışam, onlara həyat vermişəm. Bu günlərdə bir sənət dostum zəng etmişdi, dedi ki, siz elə bilirsiniz mən filmlərə baxıram? Mən sizin səsinizə qulaq asmaq üçün o filmləri izləyirəm. Hətta rus dilində də dublyaj etmişəm.
- Bilirəm ki, Azərbaycanda ilk avtomobil idarə edən xanımlardansınız. Bu Flora xanımdan öncə olub yoxsa sonra?
- Səhv etmirəmsə elə Flora xanımla eyni ildə idi. Ya da Flora xanımdan 1 il sonra. Hamı dəhşətlə baxırdı ki, sürücü qadındır. Mənimlə ötüşmək istəyirdilər, yalandan sürürdüm, qəfildən stop verirdim. Bunu da mənə köhnə bir sürücü öyrətmişdi (gülür). 20-25 il avtomobil idarə etmişəm. İndi sürmürəm, sürücüm var.
- Əminə xanım, bəlkə də heç kim bilmir, amma məndə olan məlumata görə xalq artisti Nuriyyə Əhmədova sizin qardaşınızın həyat yoldaşı olub. Bu həqiqətdir?
- Bəli, mən onun baldızıyam. Qardaşım Xanların həyat yoldaşı idi.
- Bəs niyə bunu hamıdan gizlətmisiniz?
- Bunu çox az adam bilir. Biz çox yaxşı yola gedirdik. O gündə mənim yadımdadır, heç yadımdan çıxarmı? Xanlar da musiqiçi idi. Mənim qardaşım ondan sonra tək yaşadı. Onlar ər-arvad məhv oldular.
- Ailəsi ilə bu gün əlaqəniz var?
- Bəli, əlbəttə! Onun nəvəsi Faiqi İncəsənət Universitetinə mən yönəltdim. Həmin universiteti bitirdi.
Milli.Az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edildi.
Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olundu.
Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.
Söhbət zamanı Bakıda keçirilən "Caspian Agro 2022" - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Milli.Az
Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı, xüsusilə, Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmağı hədəfləyir.
Trend bu barədə Avropa Komissiyasının təqdim etdiyi "REPowerEU" planına istinadən məlumat verir.
Ukraynadakı müharibənin səbəb olduğu dünya enerji bazarındakı fasilələr və çətinliklərə cavab olaraq Avropa Komissiyası enerji qənaəti, ekoloji təmiz elektrik enerjisi istehsalı və enerji ehtiyatları tədarükünün şaxələndirilməsinə yönəlmiş "REPowerEU" planını təqdim edib.
"Biz uzunmüddətli və qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətləri qurmaq, bərpa olunan enerji mənbələrini inkişaf etdirmək, bütün dünyada enerji səmərəliliyini artırmaq, eləcə də ekoloji təmiz texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlıq etmək arzusundayıq. Aİ-nin yeni enerji platforması tələbin ümumiləşdirilməsi, infrastrukturun istifadəsinin əlaqələndirilməsi, beynəlxalq tərəfdaşlarla danışıqların aparılması, qaz və hidrogenin birgə satın alınmasına hazırlıqlarda aparıcı rol oynayacaq", - Avropa Komissiyası bildirib.
Milli.Az
Mayın 18-də Rusiyanın Luqansk vilayətinin Severodonetsk şəhərini atəşə tutması nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Milli.Az bildirir ki, bu haqda Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.
"Severodonetsk səhər saatlarından atəşə tutulub. Bəzi yerlərdə güclü atəş nəticəsində xilasedicilər iki saat ərzində yanğın baş verən ərazilərə gedə bilməyiblər. Ən azı 8 evə ziyan dəyib, bəziləri yanır. Mayın 18-də şəhərdə dörd nəfər həlak olub, daha üç nəfər yaralanıb. Hamısı səhər saatlarında və şəhərin köhnə məhəllələrində", - Qayday qeyd edib.
Onun sözlərinə görə, səhər saatlarında düşmən mərmisinin düşdüyü mənzildə axtarış aparıldıqdan sonra iki qadının cəsədi aşkar edilib. Evlərdən birinin yaxınlığında bir kişi öldürüldü, eyni küçədə bir qadın və bir kişi rusların atəşinə məruz qalıb. Qadın yerindəcə keçinib, kişi qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Daha iki Severodonetsk sakini xəsarət alıb. Lisiçanskda qadının qolu amputasiya edilib.
Daha əvvəl ölən 3 nəfər haqqında da məlum olub - bunlar Beloqorovka və Popasnaya sakinləridir.
Qayday qeyd edib ki, ruslar mayın 18-də Loskutovka, Yekaterinovka və Orexovo yaşayış məntəqələri ərazilərində mülki obyektləri məhv etmək üçün təyyarələrdən istifadə ediblər. Ruslar Ustinovka və Zolotoye-4 bölgələrində hücum hərəkətləri həyata keçirdilər, lakin müvəffəqiyyət qazanmadılar. Bu yaşayış məntəqələrində çoxsaylı dağıntılar var.
Aslan Məmmədov
Milli.Az
"Kim necədirsə, elə də başa düşür. Mən ailəli adamam, bu günə kimi heç bir qadın ifaçı ilə sevgi münasibətim olmayıb və olmayacaq da".
Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında sevgi münasibətlərinin olması haqqında gəzən söz-söhbətə aydınlıq gətirərkən deyib. Sənətçi gəzən şaiyələrin hər birinin onun xeyrinə olduğunu bildirib:
"1993-cü ildə ailə qurmuşam, artıq 30 ildir ki, evliyəm. Mən səhnədə artistəm, həyatda adi insanam. Səhnədə qadın müğənniləri ilə sevgi münasibətlərimi paylaşa bilərəm. Bu da mahnı ilə əlaqədar, həyatda isə onun dostuyam. Biz dostuq, kim nə deyir-desin, bu gün məndən danışırlarsa, məni yaşadırlar, gündəmdə saxlayırlar".
Milli.Az
19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.
Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.
Milli.Az
Milli.Az xəbər verir ki, gündəm.az-ın suallarını yazıçı, kulturoloq Aydın Xan Əbilov cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Bir müddət öncə demişdiniz ki, boşanan qadınlardan uşaqlar alınıb internat evlərinə verilsin. Buna görə sosial şəbəkədə ciddi tənqid olundunuz, hətta sizi təhqir edənlərə rast gəlindi. Bu açıqlamanızın məntiqini necə izah edərdiniz?
- "Space" telekanalındakı "El içində" verilişində mən uşaqlardan həyat yoldaşına qarşı istifadə edən, yəni aliment pulunu alıb şəxsi ehtiyacları üçün xərcləyən anaları nəzərdə tutmuşdum. Belə analar uşaqları nənə-babasının yanına qoyur, onların tərbiyəsilə məşğul olmurlar. Başqa sözlə ifadə etsək, gələcək üçün manyak, problemli insanlar yetişdirirlər. Dünyanın hər yerində dövlət konfliktli ailələrdən uşaqları alıb internat evlərinə verir. Dövlət internat evlərindəki uşaqları hərbi və digər güc strukturları üçün yetişdirə bilər. Amma təəssüf ki, sosial şəbəkələrdəki peyinbaşlar mənim bu mövqeyimə birtərəfli yanaşaraq ancaq qadınlarla bağlı dediklərimi qabardıblar. Əgər peyinbaşlar, qoyunbaşlar mənim dediklərimi anlamayıb təhqirə keçirlərsə, onlara cavab vermək istəmirəm. Onlar küt insanlardır.
- Niyə bizdə boşanmış qadınlara fərqli yanaşmalar var? Nə üçün bəzi kişilər boşanmış qadınlara "sahibsiz xanım", "real intim partnyor" gözü ilə baxırlar?
- Bizdə hər zaman qadınlara böyük dəyər verilib. Son vaxtlar Avropadan ölkəmizə zərərli ideologiyalar gəlməkdədir. Onlar üçün cins məsələsi önəm kəsb etmir. Hətta indi üçüncü bir cinsi də kimlik sənədlərində göstərirlər. Boşanmış qadınlara "sahibsiz", "real intim partnyor" gözü ilə baxanlar anlamalıdırlar ki, onların da ailəsində, nəslində dul qadınlar var, yaxud sabah onların da qızları boşana bilər. Biz hər gün boşanmış, məhəbbəti daşa dəymiş qadınların qətlə yetirilməsi, döyülməsi, intihar etməsinə dair xəbərlərlə qarşılaşırıq.
- Azərbaycandakı feminizm hərəkatı ilə Avropadakı feminizm hərəkatı arasında nə kimi fərqlər var?
- Azərbaycanda feminizm hərəkatı yeni deyil. Bizdə bu hərəkat Cəfər Cabbarlının "Sevil" əsəri ilə başlayıb. Sovet dövrünün sonrakı illərində bu hərəkat daha da genişləndi. Avropa feminizm hərəkatı əslində mavilərin və lezbiyanların hərəkatına cavab olaraq yarandı. Bu hərəkat sonradan qlobal, siyasi xarakter daşıdı. İndi bizdəki feministlər Avropadakı feministlərin şüarlarını "kopyalayıb" burada səsləndirirlər. Əlbəttə, bu kənardan çox eybəcər görünür.
- Bəzi müşahidəçilər bildirir ki, Azərbaycanda feminizm tərəfdarı olan qadınların əksəriyyətinin şəxsi həyatlarında ciddi problemlər var və onlar nümunə ola bilməzlər. Siz bu yanaşma ilə razısınızmı?
- İstənilən hərəkatda üzdə olan qəhrəmanların fərdi həyatları problemli olur. Onlar seksual, psixoloji, fiziki problemləri olur. Normal ailəsi, seksual həyatı olan qadınlar, demək olar ki, feminizmə qoşulmurlar. Avropada feministlər çox savadlı, siyasi cəhətdən yetkin insanların arasından çıxırlar. Bizdə isə 13-16-17 yaşlı qızlar feminizm hərəkatına qoşulurlar. Əslində onlar feminizmin nə olduğunu anlamırlar. Onların hansı dünya görüşləri var ki, başqalarına örnək olsunlar? Bizdə başqaları tərəfindən cinsi təcavüzə məruz qalmış qadınlar sonradan fəal feministə çevrilirlər. Mən istərdim ki, bizdə feminist xanımlar intellektual, sayılıb seçilən insanlar olsunlar.
- Azərbaycan cəmiyyəti seksual azadlığa nə dərəcədə hazırdır?
- Bizdə seksual azadlıq problemi yoxdur. Biz bu problemi çoxdan həll etmişik. Ailə dəyərlərinə zidd olan seksual inqilab həm də bir sıra problemlər yaratdı. Seksual azadlıq boşanmaların səbəblərindən biridir. Biz klassik ailə modelindən liberal ailə modelinə keçə bilməmişik.
- Niyə müasir dövrdə bakirəlik axtarışında olan oğlanlara geridəqalmış kimi yanaşırlar?
- Azərbaycan cəmiyyətində mühafizəkarlıq hər zaman güclü olub. Bu, milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Amma bakirəlik məsələsində həssas olan kəsimə "çuşka" kimi baxmaq düzgün deyil. Elçilik, bakirəlik, yengə lazım deyil, düşüncəsində olan gənclər bizim mənəvi dəyərlərimiz üçün təhlükədir. Bu cür liberal düşüncəli gənclərin sayı bizdə çox azdır. Onlar mühafizəkarlara nisbətən fəal olsalar da belə, sayları, tərəfdarları azdır. Bu mənada yaxın gələcəkdə seksual azadlıq uğurunda mübarizə aparan gənclərin qələbə bayrağı qaldıracaqlarına inanmıram.
- Kişi xəyanəti ilə qadın xəyanəti arasında fərqlər varmı? Nə üçün kişilərin xəyanətinə cəmiyyət normal baxır, qadınları xəyanətinə isə yox?
- Xəyanətin cinsi olmur. Qarşılıqlı münasibətlərə kölgə salan əməllər ailə institutunun dağılmasına səbəb olur. Azərbaycan kultunda kişilərin xəyanətinə hər zaman bəraət olub. Tarixən şahlar, sultanlar, bəylər hərəmxana saxlayıblar. Bizdə çoxarvadlılıq təkcə İslamdan gəlmir, bu həm də kişinin gücünün, imkanlarının çoxluğundan xəbər verir. Bizdə qadın ərinə xəyanət edəndə ona ilk şilləni öz qardaşı, atası vurur. Bunlar reallıqdır. Bizdə qadın xəyanətinə bəraət yoxdur.
- Həddindən artıq açıq-saçıq filmlərə baxmağın insanlara hansı mənfi təsirləri var?
- Bu suala psixoloqlar, sekspotoloqlar daha yaxşı cavab verə bilər. Amma düşünürəm ki, asılılıq yaradan istənilən zərərli vərdişlər insan psixikasına mənfi təsir göstərir. Dünyanın inkişaf etmiş ölkələrində pornoqrafik, erotik filmlər çəkilir. Azərbaycanda pornoqrafik filmlərin istehsalı və yayımı qadağandır. Amma bilirsiniz ki, internetdə belə saytlara daxil olmaq sərbəstdir və bunun qarşısını almaq mümkün deyil. Bu filmlərə baxmaq olarmı? Bu filmlərə baxmaq əxlaqsızlıqdırmı? Bu filmlərə baxmaq həyat yoldaşına xəyanətdirmi? Bu suallara birmənalı cavab vermək mümkün deyil. Mən gənclərə məsləhət görərdim ki, bu cür saytlara daxil olmasınlar. Belə filmlər gənclərimizin psixoloji durumuna, seksual həyatına çox pis təsir göstərir.
Milli.Az
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakının məşhur "Fantaziya" hamamı hasara alınıb.
Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının müvafiq qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar. Onlar həmin abidələrin qorunmasına görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
"Qanunun müvafiq bəndinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar işlər Dövlət Xidmətinin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Təmir və bərpa işləri zədələnmiş və itirilmiş hissələrin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşə xələl gətirmədən təmir onu ilkin halına gətirməkdir. Bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər təqdim edilən layihələr haqqında Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alındıqdan və təsdiq edildikdən sonra aparıla bilər. Nəzərinizə çatdıraq ki, sorğunuzda qeyd edilən "Fantaziya" hamamının ətrafının hasara alınması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək".
Qeyd edək ki, "Fantaziya" hamamı 1886-cı ildə Nikolay Avqustoviç fon der Nonne olan tərəfindən inşa edilib və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə qorunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb.
Bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.
Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.
Milli.Az
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib.
Milli.Az report-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T.Məmmədovu vurub.
Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.
T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə "Şöhrət" ordeninə layiq görülüb. Ailəli idi, 2 övladı var.
Milli.Az