Millət vəkilləri I Gəncə Kitab Sərgisinin açılışında iştirak edib

Moderator.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “I Gəncə Kitab Sərgisi”nin açılışı olub.

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları- Pərvin Kərimzadə və Müşfiq Cəfərov, şəhərdə fəaliyyət göstərən idarə müəssisə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, “I Gəncə Kitab Sərgisi” 28 noyabr 2021-ci il tarixində yekunlaşacaq.

 

Mənbə:
0
157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar