Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı hücumçu Kərim Benzema ilə müqavilə imzalayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Metbuat.az xəbər verir ki, klub bu haqda tviter hesabında açıqlama yayıb.35 yaşlı hücumçunun müqaviləsi 3 illik olacaq. İlk iki mövsüm üçün “Qızıl top”un hazırkı sahibi təxminən 200 milyon avro alacaq.
Xatırladaq ki, iyunun 4-də “Real Madrid” 35 yaşlı hücumçunun mövsümün sonunda ayrılacağını açıqlamışdı.
Türkiyədə Ailə və Gənclik Bankı qurulacaq.Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Qeyd edək ki, bu, Ərdoğan prezident seçkiləri öncə elan etdiyi proqrama aiddir. Bu bank vasitəsilə yeni ailə quran cütlüklərə və gənclərə faizsiz kreditlərin verilməsi nəzərdə tutulur.
Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparılır.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Nazir son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını diqqətə çatdırıb.
Ceyhun Bayramov deyib ki, Azərbaycanı ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözləyir. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb.
Faktiki hava açıqlanıb.Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>İsmayıllı rayonunun yüksək dağlıq kəndlərinə (Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya və s.) yağan leysan yağış nəticəsində saat 19:45 radələrində Girdimançayda sel müşahidə edilb.Gədəbəy rayonu ərazisinə saat 18:25 radələrində diametri 8 mm olan dolu düşüb.Şimal – qərb küləyi arabir Naftalan, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-24, Naxçıvanda 23-30, dağlıq rayonlarda 15-18, Aran rayonlarında 26-30 dərəcə isti olub.
Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər?Metbuat.az xəbər verir ki, bu barədə hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bildirib ki, övladları 18 yaşına çatmamış şəxslər, eyni zamanda ər və ya qadın öz həyat yoldaşını itirdiyinə görə onun pensiyasını almaq hüququ var:<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>“Təəssüflər olsun ki, bəzi hallarda, xüsusilə bölgələrdə insanların bu sahədə savadsız və ya məlumatsız olması onları qanunla bağlı bir sıra məsələlərdən xəbərsiz qoyur. Yoldaşı vəfat şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasının ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər. Yəni məsəl üçün kişinin pensiyası 600 manat idi, arvadın pensiyası isə 400 manatdır və kişi düyasını dəyişdi. Bu zaman qadın Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını özü ala bilər, lakin bu zaman öz aldığı pensiyadan imtina etməli olacaq”.
Hüquqşünas bildirib ki, 18 yaşına çatamamış, yəni himayədə olan uşaqlar da vəfat edən öz ata və ya analarının pensiyasını ala bilərlər. Onun sözlərinə görə, 18 yaşına çatmamış, 18 yaşına çatanadək olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.
Məşhur astroloq Tamara Qloba xəbərdarlıq edir ki, üç bürcün nümayəndələri yaxın gələcəkdə pul problemi ilə üzləşəcəklər.Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bu bürclərdən biri Qoçdur. Onlar maliyyə ilə məşğul olanda diqqətli olmalı və əmanətlərini xərcləməməlidirlər. Ailə ilə vaxt keçirmək, yaxınlarınızla ünsiyyət qurmaq daha yaxşıdır.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Tərəzi bürcünün başına daha böyük çətinliklər gələcək. Onların qazanc əldə etmək planları iflasa uğrayacaq. Buna görə də astroloq onlara enerjilərini xırda-xırda işlərə sərf etməməyi və ən vacib işlərlə məşğul olmağı tövsiyə edir.
Dolçalar da pul sahibi olmaqla öyünə bilməyəcəklər. Ancaq iş onlara kömək edəcək: çox çalışaraq maddi vəziyyətlərini tez bir zamanda yaxşılaşdıracaqlar,
Asim Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Asim Nazim oğlu Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.Qeyd edək ki, Asim Mollazadənin bu gün 70 yaşı tamam olur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində bir nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-cı il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən 200-ə yaxını artıq satılıb.Metbuat.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Mənzilləri alan şəxslərlə onların dəyəri tam ödənilməklə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.Mənzillərdən maksimum 3-nü bron etmək imkanı verilir.Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən mənzillərin hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.
Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.DİM-dən Metbuat.az-a verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.Bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 10 iyun saat 10:00-dan 12 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb və 2023-cü il iyunun 20-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.
Space TV-nin məşhur aparıcısı Amil Xəlilin toyu olacaq. Metbuat.az xəbər verir ki, aparıcının toy məclisi bu gün 18:00 da paytaxtdakı "WHITE PALACE" restoranında baş tutacaq. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Məclisə şou-biznesin tanınmış nümayəndələri də dəvət edilib. Belə ki, 20-dən çox məşhur toyda iştirak edəcək. Onlar arasında Elza Seyidcahan, Cavanşir Məmmədov, Yusif Mustafayev, Elnar Xəlilov, Elza Qaybalıyeva da var.Aparıcının paylaşdığı görüntünü təqdim edirik:
Xalq yazıçısı Çingiz Abdullayevi onu tənqidlər barəsində danışıb. Metbuat.az xəbər verir ki, "Söz az" verilişndə qonaq olan Xalq yazıçısı bildirib ki, bəzən edilən tənqidlərə görə, küçədə ondan üzr istənilir: <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>"Mənə biri deyib ki, xalqın 99%-i səni sevir, 1%-i sevmir. Bəzən axmaq sözlər çıxır. Bir dəfə yazmışdım ki, Türkiyədə olanda ağlayan uşaq gördüm, nəvəmə oxşayırdı. Mən ona su verdim. Ay allah nələr yazdılar. "Sən o qədər varlısan ki, su paylayırsan", "sən kimsən ki, su verirsən". Sonra camaat küçədə məni görəndə üzr istədi ki, Çingiz müəllim, bağışlayın. Azərbaycanda belə axmaq adamlar var. Biri yazır ki, ömrümdə bir cümlə Azərbaycan dilində danışa bilmir. Düzdür, Bakı ləhcəsi ilə danışıram, anam bakılıdır. Amma daha elə də yox da. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ tarixində ən gənc xalq yazıçısıyam. ilk dəfə 46 yaşında o adı mən almışam. Nəyi sübut etməliyəm? 14 ölkənin orden, medalı var məndə. 34 dildə kitablarımı tərcümə ediblər". Çingiz Abdullayev həmçinin ötən il jurnalistə verdiyi cavabla gündəmə gəlməsindən danışdı: "Düz demirlər, 200 min deyil, 700 minə yaxın idi. Bizə pul veriləndə qəpik-qəpik yoxlanılıb, Maliyyə Nazirliyi, Hesablama Palatası da yoxlayıb. Mən zaldan çıxanda mənə o sualı verdi. Bəlkə düz eləmədim. Amma mən dözə bilmədim. Hər bir işləyən adam bilir ki, o işə nə qədər pul xərclənib. İndi də fikirləşirəm ki, sual çox həyasız idi. Nahaq mənə o sualı verdi"
Xatırladaq ki, media təmsilçilərindən birininötən ilin oktyabrında AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı Xalq yazıçısının təhqiri ilə qarşılanıb. Çingiz Abdullayev ona sual verən jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib. Bu açıqlamasına görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit başa çatıb.Metbuat.az xəbər verir ki, Hesablama Palatasından bildirilib ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi, eləcə də həmin şəxslər üzrə kommunal xidmətlərin haqqının ödənilməsi məqsədilə dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılmış vəsaitin istifadəsinə dair auditi zamanı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları” ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığı müəyyənləşdirilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Belə ki, Komitə tərəfindən Qaydaların 2.2-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş kateqoriyalar çərçivəsində hüquqi aktlarda müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmaması büdcə xərclərinə ümumilikdə 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaratmaqla vəsaitin düzgün istifadə olunmaması ilə nəticələnib.
Vahid aylıq müavinət ödənişi həyata keçirilmiş məcburi köçkünlərdən 2020-2022-ci illərdə dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə 767 nəfərə, dövlət qulluqçusu kimi yaşa görə pensiya ilə təmin olunduğu dövrdə 242 nəfərə, dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi dövrdə 2943 nəfərə, qeydiyyat ünvanını ərazisi işğal olunmamış rayona dəyişmiş 70 nəfərə müavinət ödənilib.
Vaşinqton yaxınlığındakı uçuşa qadağan olunmuş zonada qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirənlər arasında milyarder iş adamı Con Rumpelin qızı və nəvəsinin də olduğu açıqlanıb. Metbuat.az xəbər verir ki, “Melbourne Inc” şirkətinin sahibi Rumpel, “New York Times” qəzetinə bildirib ki, qəzaya uğrayan təyyarədə qızı və 2 yaşlı nəvəsi, dayəsi və şirkət pilotu olub. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Qeyd edək ki, Federal Aviasiya Administrasiyasının açıqlamasına görə, Tennessi ştatından havaya qalxan “Cessna” tipli təyyarə paytaxt üzərində uçuşa qadağan olunmuş zonaya daxil olub. Daha sonra təyyarənin ölkənin cənub-qərb bölgəsində dağlıq əraziyə çırpıldığı bildirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi altında ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
"Görüşdə ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycan - Ermənistan münaqişədən sonrakı məsələlər ətrafında səmərəli müzakirə aparılıb", - XİN bildirib.
Rusiya Kahovka bəndini partlatdığı üçün 80-ə yaxın yaşayış məntəqəsi su basma təhlükəsi ilə üzləşib. Metbuat.az xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmiqal belə açıqlama verib. Su altında qalan ərazilərdə yaşayan insanların təxliyyəsinin davam etdiyinə diqqət çəkən Şmiqal bildirib ki, hazırda Xersonun Ostrov rayonundan təxliyə işləri davam edir, Nikolayevə təxliyə qatarları yaradılıb. Şmiqal qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyasının ətraf mühitə təsiri və təhlükənin qiymətləndirilməsi elektrik stansiyasına çıxışın olmaması səbəbindən çətinləşib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak isə qeyd edib ki, Rusiyanın bəndi partlatmaqda məqsədi irəliləyən Ukrayna Silahlı Qüvvələrinin qarşısında keçilməz maneələr yaratmaq, informasiya təşəbbüsünə mane olmaq, müharibənin ədalətli başa çatmasını ləngitməkdir.
Bir müddət bundan öncə ayrılan müğənni Aysun İsmayılova son günlər baş verən hadisələrdən sonra ilk dəfə danışıb. Metbuat.az xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan Aysun İsmayılova bildirib ki, onların evlilikləri ortaya atılan iddialar kimi deyil: "Deyirlər ki, qurama evlilikdir. Biz doğurdan da ailə idik. Mənim elə bir şeyə ehtiyacım yoxdur. Bizim aramızdakı söhbət tamam başqa idi. Məni qınayanlara demək istəyirəm ki, yaşadığımı yaşasınlar. Onda anlayarlar məni". <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Aparıcı Zaur Aysuna sabiq həyat yoldaşının onu döyməsi ilə bağlı sual ünvanlayıb. O isə bu suallara cavab vermək istəmədiyini qeyd edib. Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərar alıb. Mayın 26-da Aysunun keçmiş əri Eşqin Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olmuşdu və o, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azad olunmuşdu. 
Son on ildə (2013-2022-ci illər) Azərbaycanda qaz hasilatı 58,6% artıb, ən böyük artım xarici şirkətlərlə həyata keçirilən layihələr üzrə qeydə alınıb.Metbuat.az xəbər verir ki, 2013-cü ildə respublika üzrə qaz hasilatı 29,5 mlrd. kubmetr təşkil edirdisə, 2022-ci ildə bu göstərici artıq 46,8 mlrd. kubmetrə yüksəlib və bu da hesabat dövründə qeydə alınan pik göstəricisidir.
<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd etmək lazımdır ki, Azərbaycanda qaz hasilatının əhəmiyyətli hissəsi xarici şirkətlərlə birlikdə həyata keçirilən “Azəri-Çıraq-Günəçli” neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihələrinin payına düşür.Hesablamalara əsasən, son on il ərzində xarici şirkətlərlə birlikdə həyata keçirilən layihələr üzrə qaz hasilatı 73,5% artıb. Belə ki, qeyd olunan fəaliyyət üzrə qaz hasilatı 2013-cü ildəki 22,3 mlrd. kubmetrdən 2022-ci ildə 38,7 mlrd. kubmetrə yüksəlib.
Bundan əlavə, ölkə üzrə qaz hasilatının artımında SOCAR-ın da payını qeyd etmək lazımdır. Hesabat dövrümdə (2013-2022-ci illər) şirkət üzrə qaz hasilatı 12,5% artaraq, 7,2 mlrd. kubmetrdən (2013-cü ildə) 8,1 mlrd. kubmetrədək (2022-ci ildə)yüksəlib.