• Şikayət et

MEK-in baş direktoru Məmməd Əliyev AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev  AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Xatırladaq ki, dekabrın 22-də AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş Xüsusi iclasında bir qrup alim və tədqiqatçı fəaliyyət istiqamətləri üzrə Fəxri fərmanlarla təltif ediliblər.

Mənbə:
0
7797
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar