• Şikayət et

Mayamidə keçirilən Beynəlxalq təhsil həftəsində Azərbaycanla bağlı məlumat verilib

Florida ştatının Mayami şəhərində keçirilən Beynəlxalq təhsil həftəsində ölkəmizi Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyası təmsil edib. Azerforum.com xəbər verir ki, Florida Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurulan Azərbaycan guşəsində ölkəmizin Vətən müharibəsində qazandığı qələbəni, qədim tarixini, zəngin mədəniyyətini, mətbəxini, musiqisini və turizm imkanlarını əks etdirən kitablar, jurnallar, videoçarxlar, bannerlər, suvenirlər və milli mətbəx nümunələri nümayiş etdirilib. Azərbaycanın təqdimatı zamanı Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyasının üzvləri Aydın Eminov, Nabat Eminova və digər gənc fəallar tədbir iştirakçılarına Azərbaycanın çoğrafiyası, tarixi-mədəni irsi, turizm potensialı və II Qarabağ savaşının rəmzi olan “Xarı bülbül” çiçəyi barədə ətraflı məlumat veriblər. Dünyanın bir sıra ölkələrini, o cümlədən İsrail, Braziliya, Kosta-Rika və Mərakeşi təmsil edən tələbələr azərbaycanlı həmkarlarının təqdimatına böyük maraqla yanaşıblar.

Mənbə:
0
8241
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar