Azərbaycanda tanınmış vəkil həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.
O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.
Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.
V. Səfərli barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Lent.az-a açıqlamasında bildirib ki, V. Səfərli əvvəllər kollegiyanın üzvü olub.
Onun sözlərinə görə, V.Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.
Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.
Bu barədə Lent.az-a Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib. O bildirib ki, Qadir İbrahimli Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Ona qara ciyər serrozu diaqnozu qoyulub. Qeyd edək ki, jurnalist şəkərdən də əziyyət çəkirmiş.
O, hazırda ciddi həkim nəzarətindədir.
“Forbes” 25 yaşa qədər ən çox maaş alan idmançıların adını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, nəşrin saytında yerləşdirilən reytinqə görə
Coş Allen 2022-ci ildə ən çox maaş alan gənc idmançıdır. O, Milli Futbol Liqasının “Buffalo Bills” komandasındakı çıxışı ilə tanınır. Onun qazancı 67 milyon dollar qiymətləndirilir.
İkinci yerdə 24 yaşlı yapon tennisçi Naomi Osaka (59,2 milyon dollar) qərarlaşıb.
Üçüncü sırada “Formula 1”də yarışan Hollandiyadan olan pilot Maks Verstappendir. Onun gəliri 48 milyon dollar olub.
Reytinqdə ilk dəfə olaraq bir neçə boks görüşü keçirmiş “YouTube” ulduzu Ceyk Pol da yer alıb. 38 milyon dollarla yeddinci yerdə qərarlaşıb.
Mayın 12-də Forbes dünyanın ən çox qazanan idmançısının adını açıqlayıb. Reytinqə gəliri 130 milyon dollar qiymətləndirilən argentinalı futbolçu Lionel Messi başçılıq edir.
Respublikanın daxili işlər orqanları mayın 18-də törədilən 58 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 85 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
Portuqaliyada "meymun çiçəyi" xəstəliyinə 5 yoluxma halı aşkarlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xəstələrin hamısı kişidir və vəziyyətləri stabildir.
Bununla yanaşı, daha 20 şübhəli hal müəyyən edilib. Həmçinin, İspaniyada da 23 potensial xəstə var. İspaniya Səhiyyə Nazirliyi ilkin olaraq ilk yeddi yoluxma halının müəyyən edildiyini təsdiqləyib.
Daha əvvəl yoluxma halları Böyük Britaniyada aşkarlanıb.
Qeyd edək ki, "su çiçəyi"nin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, "su çiçəyi" ilə eynidir. Bu virus bir neçə həftəyə sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.
Portuqaliyada "meymun çiçəyi" xəstəliyinə 5 yoluxma halı aşkarlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xəstələrin hamısı kişidir və vəziyyətləri stabildir.
Bununla yanaşı, daha 20 şübhəli hal müəyyən edilib. Həmçinin, İspaniyada da 23 potensial xəstə var. İspaniya Səhiyyə Nazirliyi ilkin olaraq ilk yeddi yoluxma halının müəyyən edildiyini təsdiqləyib.
Daha əvvəl yoluxma halları Böyük Britaniyada aşkarlanıb.
Qeyd edək ki, "su çiçəyi"nin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, "su çiçəyi" ilə eynidir. Bu virus bir neçə həftəyə sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.
"Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb. "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.
Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, qatar depoya göndərilib, əvəzinə qatar verilib.
Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.
Məşhur balerina Anastasiya Voloçkavanın azərbaycanlı sevgilisi barəsində bəzi detallar məlum olub.
Məlumata görə, cütlük hazırda Türkiyədə - Aralıq dənizində bir adanı icarəyə götürüb və orada istirahət edirlər.
Lent.az Voloçkavanın gizli saxladığı sevgilisi ilə yeni şəklini təqdim edir:
18 may, 10:37
Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisi məlum olub.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Voloçkovanın yeni sevgilisi azərbaycanlı taksi sürücüsüdür. Onların bir-birinə aşiq olduğu bildirilir.
Qeyd edək ki, cütlük hazırda Türkiyədə tətildədir.
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov vəfat edib.
Lent.az APA-ya istinadla xəbər verir ki, o, Xızıda ekspedisiyada olan zaman yaxınlıqda iki avtomobil toqquşub. Nəticədə toqquşan avtomobillərdən biri ona dəyib və Tofiq Məmmədov dünyasını dəyişib.
Bakı və Abşeronun bir neçə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır. Buna görə də, bu gün ərzində Abşeron rayonu Müşfiqabad, paytaxtın 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.
Azərbaycanda müəllim şagirdi döyüb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə Zəngilan rayon 35 saylı məcburi köçkün məktəbində baş verib. Həmin məktəbin musiqi müəllimi 8-ci sinifdə oxuyan şagirdə zor tətbiq edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı APA-ya bildirib ki, məsələ nazirliyin diqqətindədir:
"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".
Polis “Kanzas Ceyhoks”un keçmiş oyunçusu Reyqan Qibbsi öz mənzilində ölü tapıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, polis tələbə komandasının keçmiş futbolçusunun qətldə şübhəli bilinən ərini saxlayıb. İlkin versiyaya görə, məişət zorakılığı faciəyə səbəb ola bilər. Cütlük münasibətlərini 2021-ci ilin payızında rəsmiləşdirib.
Qibbs 2015-2018-ci illərdə “Kanzas Ceyhoks”da çıxış edib. Amerikalı qapıçı kimi oynayıb və tələbə komandasının tarixinə düşüb. Qibbs, orta hesabla, digər komanda qapıçılarına nisbətən daha az qol buraxıb.
Meyxanaçı Rəşad Dağlı təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Lent.az-ın məlumatına görə, meyxanaçı bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O, təhdid altında üzr istəməsi ilə əlaqədar yayılan iddiaları təkzib edib:
“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.
Qeyd edək ki, Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün üzr istəmişdi.
Azərbaycanda müəllim xəstəxanada dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, hadisə mayın 18-i Bakıda yerləşən klinikalardan birində qeydə alınıb. Açıq ürək əməliyyatına alınan Sabirabad rayon A. Ağarəhimov adına Yenikənd kənd orta məktəbinin riyaziyyat müəllimi 66 yaşlı Həsənov Kamal Əliyusif oğlu əməliyyat masasında ölüb.
Məlumata görə, K. Həsənov “narkoz”dan ayılmamış damarı partlayıb. Buna görə də o, yenidən əməliyyata götürülüb. Lakin bu dəfə onun həyatını xilas etmək mümkün olmayıb.
Kamal Həsənov doğulduğu Sabirabad rayonunda dəfn edilib.
Kamal Həsənov
Yapon alimləri pişiklər arasında eksperiment aparıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, onlar pişiklərin digər ev heyvanlarının ləqəblərini bildiklərini aşkar ediblər.
Bu eksperimentdə 48 pişik iştirak edib. Pişiklərə tanış heyvanların şəkilləri göstərilib, eyni zamanda onları həqiqi və uydurma ləqəbləri ilə çağırıblar. Nəticədə pişiklər yalan adları eşitdikdə heç bir reaksiya verməyiblər. Amma həqiqi ləqəbləri səsləndirilən zaman pişiklər qışqırmağa başlayıb.
Bu da onların necə ağıllı olduğunu bir daha sübut edib.
Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Zaur Kərimov küçəsində qeydə alınıb. Burada ailəsi ilə birgə yaşayan 49 yaşlı Gülməmmədov Naib Əlihüseyn oğlu yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Dünyada 2 milyarddan çox insanın istifadə etdiyi “Whatsapp” mesajlaşma proqramı daha bir yeni funksiyasını təqdim edib.
Lent.az xəbər verir ki, yeni özəllik qruplardan səssiz çıxmaqla bağlıdır.
Belə ki, qrupları nə qədər səssiz rejimdə istifadə etsək də, bəzən arzuolunmaz söhbətlərə məruz qalırıq. Qrupdan çıxmaq istəyəndə isə bu hamı tərəfindən görülür.
Yeni funksiyanın köməyi ilə istifadəçilərin qrupdan ayrıldıqlarını yalnız qrup adminləri görə biləcək. Beləliklə, “WhatsApp” qruplarından heç kimin fərqinə varmadan çıxmaq mümkün olacaq.
Qeyd edək ki, şirkət “İcmalar” özəlliyində də bir sıra dəyişikliklər edib. Artıq səsli zənglərdə iştirak edənlərin sayı daha da artırılıb.
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə mayın 18-i saat 11 radələrində paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verib. Kirayə yaşadığı evdən çörək almaq adı ilə çıxan 15 yaşlı Muğurova Sehri Nəcməddin qızı bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Balakən rayon sakini G. Muğurova Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı qeyd olunan Polis Bölməsində araşdırma aparılır.
Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də üzükdür. Bəs, yuxuda üzük görmək nə vəd edir?
Lent.az yuxuda üzük görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:
Yuxuda üzük görmək xoş hadisələrə işarə kimi qəbul edilir. Xəyalpərəstin hörmət görəcəyinə, var olan etibarının daha da artacağına, sayılıb-seçiləcəyinə işarədir.
Qiymətli bir üzük görmək var-dövlətin artacağına, əgər yuxu görən şəxs subaydırsa, tezliklə ailə həyatı quracağı kimi yozulur.
Yuxuda çirkli, baxımsız bir üzük görülürsə, bu qısa müddətli çətinliklərlə, problemlərlə üzləşəcəyinizi bildirir.
Bunlarla yanaşı, üzük ev, avtomobil və qəribə də olsa, bir heyvan sahibi olacağınız kimi də yozulur.
Xəyalpərəstin qızıl üzük taxması xeyirə yozulur. Amma bəzi yozumlara görə, qızıl üzük kişiyə haramdır və bu cür yuxular müsbət tərəfə yozulmur.
Yuxuda üzük tapılırsa, bu evli insanların uşaq sahibi olacağına işarədir.
Həmçinin, yuxuda mis üzük görmək də xeyirə yozulmur. Dürüst və doğru şəxslərin ətrafınızda azalacağını bildirir. Yaxınlarınız barədə seçim edərkən daha diqqətli olmağınız məsləhətdir.
Yuxuda üzük hədiyyə etmək və ya hədiyyə almaq, yuxu yozanlara görə eşq mövzusunda hazırkı istəklərinizin bəzi səbəblərə görə, həyata keçməyəcəyini bildirir. Müvəqqəti olaraq bu istəklərin təxirə salınacağı kimi şərh olunur.
Başqa bir yozuma görə, birinə üzük hədiyyə etmək mal varlığınızın bir qisiminin satılması və bundan əldə edilən gəlirin saxlanması olaraq da ifadə edilir.
Fransanın yeni seçilmiş Baş naziri Elizabet Bornun adaşı ortaya çıxıb.
Lent.az-ın xəbərinə görə, məlum olub ki, xanım nazirlə adı və soyadı eyni olan müğənni də var.
İspaniya və Fransa vətəndaşı olan müğənni ötən həftə Fransada hökumət rəhbəri dəyişdikdən sonra daha da məşhur olub.
Maraqlıdır ki, yeni hökumət başçısı da məsələyə reaksiya verib. O, adaşının “Facebook” səhifəsindəki şəklini bəyəndikdən sonra müğənninin ulduzu parlayıb. Bir gündə həm sosial şəbəkədəki səhifələrinə, həm də çəkdirdiyi kliplərə baxış sayı artıb.
İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş İlqar Mustafayev olduğu müəyyən edilib.O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İlqar Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.