• Şikayət et

“Kəpəz” tələbə əməl etmədi – PFL hansı cəzanı verəcək? - FOTOLAR

Premyer Liqanın 21-ci turu çərçivəsində “Kəpəz” doğma azarkeşləri önündə son çempion və ölkə kubokunun sahibi “Qarabağ”ı qəbul edib - 1:1.

Hələ oyundan 2 gün əvvəl Gəncədə qarşılaşmaya hədsiz marağın olduğunu və matç günü stadionda anşlaq yaşanacağını xəbər vermişdik.

Təxminimiz özünü yanıltmadı. Necə dəyərlər, Gəncə şəhər stadionunda iynə atsan, yerə düşməzdi.

Əlbəttə, bölgədə oyuna bu cür marağın olması sevindirici haldır. Lakin qoyulan tələbə əməl olunmadığını da mütləq qeyd etməliyik.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir neçə ay öncə arenanı təftiş edəndən sonra tribunalara maksimum 3 min azarkeşin buraxılmasına dair qərar vermişdi və bu haqda klub rəhbərliyi məlumatlandırılmışdı.

Azarkeşləri bir-bir saymaq qeyri-mümkündür. Amma 25 min azarkeş tutumu olan arenaya hansı sayda futbolsevərin buraxıldığıni müəyyən etmək üçün Sportinfo.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının hazırladığı fotolara baxmaq kifayət edir.

Stadionda azı 5 min azarkeşin yer aldığını görmək üçün eynəyə gərək yoxdur.

Mənbə:
0
55
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar