• Şikayət et

İstənilən silahdan istifadə etməyə hazırıq – Medvedyev

Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya göndərdiyi silahların heç bir effekt verməyəcəyini iddia edib.

NOCOMMENT.az xəbər verir ki, Medvedev ABŞ-ın Ukraynaya göndərdiyi qabaqcıl silahların yalnız Rusiyanın növbəti cavab hücumuna təkan verəcəyini bildirib.

“Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq” deyə Medvedyev qeyd edib.

“Biz özümüzə heç bir məhdudiyyət qoymuruq və təhdidlərin xarakterindən asılı olaraq istənilən silahdan istifadə etməyə hazırıq. Sizi əmin edirəm ki, cavab çevik, qəti və inandırıcı olacaq”, o əlavə edib.

NOCOMMENT.AZ

Mənbə:
0
63
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar