Londonun ICE birjasının məlumatına görə, bazar ertəsi ticarətin sonunda Avropada qazın birja qiymətləri təxminən 8% ucuzlaşaraq min kubmetr üçün 432,5 dollar təşkil edib.
Marja xəbər verir ki, təbii qazın birja qiymətləri ötən ilin sonundan davamlı olaraq ucuzlaşır və martın 9-da il yarımdan artıq müddətdə ilk dəfə min kubmetr üçün 450 dollardan aşağı düşüb. Bu, bəzi günlərdə kotirovkaların 1700 dolları keçdiyi dekabrın əvvəlindəki səviyyələrdən təxminən dörd dəfə, keçən ilin mart ayının ilk günlərinin rekord qiymətlərindən isə səkkiz dəfədən çox aşağıdır. Ötən ilin yazında Avropada təbii qazın qiyməti 3900 dollara yaxınlaşmışdı.
Avropa Birjasında qazın qiyməti Avropa İttifaqının yeraltı qaz anbarlarındakı kifayət qədər ehtiyatlar, eləcə də isti və küləkli hava şəraiti, qənaət tədbirləri hesabına düşüb. Havanın tempraturunun yüksək olması qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.
Bazar ertəsi rubl dollara və avroya nisbətdə neftin qiymətinin aşağı düşməsi və FED-in faizlər ilə bağlı qərarının gözlənilməsi ilə əlaqədar olaraq ucuzlaşıb.
Marja xəbər verir ki, ticarəti ABŞ valyutası 77,17 rubl, Avropa valyutası 82,71 rubl səviyyəsində başa vurub.
Neft təkcə ötən həftə 10%-dən çox ucuzlaşıb. Neftin ucuzlaşması Rusiyanın valyuta gəlirləri ilə bağlı vəziyyəti daha da gərginləşdirir. Qərbin sanksiyaları və satılan xammala endirimlər ölkənin gəlirlərini azaldır.
Hazırda Brent markalı neft 1% bahalaşma ilə 73,67 dollar/bareldən ticarət olunur.
Xarici bank böhranı Rusiya valyutasına demək olar ki, heç bir təsir göstərmir, lakin dolayı təzyiqlər neft qiymətlərinin düşməsi ilə baş verir.
Azərbaycan Türkiyənin zəlzələ bölgəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcək.
Marja xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, - deyə XİN-in məlumatında qeyd olunub.
XXX
Nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirakına və çıxışına dair mətbuat məlumatı
20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib.
Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub.
Konfrans çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun, və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın video formatda çıxışlarından sonra Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış Türkiyədə fəlakət sonrası ehtiyacların ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun nitqindən sonra isə yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib.
Konfransda çıxış edən nazir Ceyhun Bayramov, baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın baş vermiş dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub.
Baş verən zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımların göndərildiyi diqqətə çatdırılıb.
Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərdiyi, bölgəyə 5300 tondan artıq humanitar yük göndərildiyi, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.
Azərbaycanın bundan sonra da hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.
Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər.
Yaxın aylarda Rusiya Federasiyasında illik inflyasiya 4%-dən aşağı düşəcək, ilin ikinci yarısında bir qədər yüksələcək.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının materiallarından məlum olur.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
"Rusiya Bankının proqnozuna görə, yaxın aylarda illik inflyasiya tempi ötən ilin yazının yüksək baza effekti ilə əlaqədar müvəqqəti olaraq 4%-dən aşağı düşəcək. İlin ikinci yarısında isə illik inflyasiya 2022-ci ilin ikinci yarısının aylıq artımlarının aşağı göstəriciləri ilə əlaqədar olaraq bir qədər artacaq”, - tənzimləyici qeyd edir.
Rusiya Bankının məlumatına görə, 2023-cü ilin fevral ayında istehlak qiymətləri aylıq 0,46% (yanvarda 0,84%) artıb. İllik inflyasiya azalmaqda davam edərək 10,99% təşkil edib.
Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri Kristin Laqard qlobal bank sektorundakı son hadisələrə toxunaraq, Avro Zonasında bank sektorunun dayanıqlı olduğunu bildirib.
Marja xəbər verir ki, Laqard Brüsseldə Avropa Parlamentindəki çıxışında bank sektorunda baş verən son hadisələri şərh edib.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
ECB-nin hadisələri yaxından izlədiyini qeyd edən Laqard, İsveçrə səlahiyyətlilərinin atdığı son addımları alqışladıqlarını bildirib.
"Biz bazarda baş verənləri yaxından izləyirik. Qiymət sabitliyini və maliyyə sabitliyini qorumaq üçün lazım olanı etməyə hazırıq. Bizim bank sektorumuz güclü kapital və likvidlik mövqeyi ilə dayanıqlıdır. ECB-nin siyasət alətləri zəruri hallarda maliyyə sistemini dəstəkləmək üçün likvidlik təmin etmək üçün hazırdır" ifadələrdən istifadə edib.
İnflyasiyanın uzun müddət daha yüksək qalacağını proqnozlaşdıran Laqard, bankın faiz addımlarının məlumatlardan asılı olacağını ifadə edib.
Amazon daha 9 000-dən çox iş yerini ixtisar edir.
Marja xəbər verir ki, bunu Şirkətin baş icraçı direktoru Andy Jassy Bazar ertəsi işçilərinə göndərdiyi bildirişdə yazıb.
Bu ixtisarlar, şirkətin 2023-cü ilin əvvəlində e-ticarət nəhəngində xərclərin azaldılması planının bir hissəsi olaraq təxminən 18 000 işçini işçini ixtisar etməsindən əlavədir.
Jassy, yeni iş ixtisarının yaxın həftələrdə baş tutacağını və əsasən aşağıdakı bölmələrdə çalışan insanlara təsir edəcəyini söylədi: Amazon Web Services, People Experience and Technology Solutions (PXT), reklam və Twitch.
"Bu, çətin bir qərar idi, lakin bizim fikrimizcə, şirkət üçün uzunmüddət üçün ən yaxşı qərardır" - Jassy bildirib.
Amazon-da işdən çıxarılmalar texnologiya sənayesində son aylarda iş yerlərinin ixtisar edilməsi fonunda baş verir, çünki sektor rəqəmsal mal və xidmətlərə pandemiya zamanı səbəb olan tələbatda azalma və daha geniş makroiqtisadi qeyri-müəyyənliklə üzləşir.
Amazon, bir sıra digər "Big Tech" şirkətləri kimi, pandemiyanın ilk günlərində işçilərin sayını sürətlə artırmışdır.
Jassy qeyd edib: "Yaşadığımız qeyri-müəyyən iqtisadiyyatı və yaxın gələcəkdə mövcud olan qeyri-müəyyənliyi nəzərə alaraq, biz xərclərimizdə və işçilərin sayında daha rasional olmağı seçdik".
Keçən həftə Facebook-un ana şirkəti Meta, keçən ilin sonunda elan edilən 11 000 iş yerinin ixtisarı ilə yanaşı, əlavə 10 000 işçini ixtisar etdiyini bildirib.
Rusiyada prezident aparatının daxili siyasət şöbəsinin əməkdaşlarına aprelin 1-dən etibarən «iPhone»-dan başqa telefonlara və başqa əməliyyat sisteminə keçmək tapşırılıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın «Kommersant» qəzetinə öz aparatdakı mənbələri məlumat verib.
Onlar bildirib ki, prezident aparatının əməkdaşları üçün yeni və daha təhlükəsiz telefonlar alınacaq ki, onlar amerikan smartfonlarından rahat imtina edə bilsinlər.
Qəzetin yazdığına görə, bu barədə məmurlara martın ortasında bildirilib. Gözlənilir ki, bu tapşırıq daxili siyasətlə məşğul olan regional əməkdaşlara da veriləcək. «iPhone – bitdi, ya atmaq, ya da uşaqlara vermək lazım gələcək»-deyə qəzetə əməkdaşlardan biri bildirib.
Qəzet bildirib ki, aparat əməkdaşları bu təddımın nə qədər vaxib olmasını müzakirə etmək istəyiblər, amma aparat rəhbərini bğirinci müavini Serqey Kiriyenko bu məsələdə «nöqtəni qoyub».
Qəzetin məlumatına görə «iPhone» qadağan olunan şöbənin əməkdaşları 2024-cü ildə nəzərdə tutulan prezident seçkilərinə hazırlıqla məşğul olacaqlar, qadağa da onunla bağlı ola bilər.
Mənbələr bildirib ki, «iPhone»lardan imtina ilə bağlı qərar təhlükəsizliyəf görədir. Belə ki, aparatda hesab ediblər ki, amerika telefonları qərb mütəxəssiləri tərəfindən sındırılmaya, dinlənilməyə və casusluq üçün daha az müdafiə olunub.
Bəzi məmurlar bildirir ki, onlara Ruüsiya əməliyyat sistemi olan «Avrora» və ya «Android» və ya Çin əməliyyat sistemli telefonlar almaq tövsiyə olunub. Yeri gəlmişkən, «Avrora» əməliyyat sistiemi Rusiyada məhz xarici İT nəhəngləri ilə əlaqəsi olmayan sistemi kimi yaradılıb.
Qeyd edək ki, Rusiyanın dövlət qurumu əməkdaşlarının Qərb texnologiyalarından qorunması prosesi hələ ötən ildən başlayıb. Ötən il baş nazirin müavini Dmitri Çernışenko rəqəmsallaşma naziri Maksut Şadayevə bildirib ki, məmurlar ancaq yerli messencerlərə keçməli, eləcə də, video görüşlər üçün isə «Zoom» əməzinə yerli «Trueconf» platformasından istifadə etməlidirlər.
Ekspertlər bildirir ki, yerli smartfonlara keçid casusluq riskini artırsa da, onu tam aradan qaldırmır. İstənilən halda smartfonlar istifadəçinin məlumatlarını toplayıb harasa göndərə bilərlər. Bu məlumatların hara nə məqsədlə göndərildiyini sonadək izləmək mümkün deyil».