Parisdə yoldan keçən bir qadın zibil qutusunun yanında skripka tapıb.

Musiqi alətinin 2021-ci ilin payızında oğurlandığı və 100 min avro dəyərə malik olduğu üzə çıxıb.

Alət Yelisey Orkestrinin musiqiçisi Enriko Teddə məxsusdur. O, qatarda səfər edərkən skripkasının oğurlandığını bildirib.

Musiqi alətini məşhur Venesiya ustası Culio Deqani hazırlayıb.

Tapılan alət sahibinə qaytarılıb. Skripkanı tapan qadın isə mükafatdan imtina edib. O, yalnız Fransa paytaxtında Orkestrin növbəti konsertinə dəvət alıb.
Son 3-4 ildə Azərbaycan xarici dövlət borcunda xarici valyutanın payını 95%-dən 81%-ə endirib.

İndex.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

"Azərbaycanın dövlət borcunun idarə edilməsi ilə bağlı risk meyarlarından biri xarici borc portfelində xarici valyutanın çəkisidir. 2018-ci ildə xarici borc portfelimizin 95%-ni xarici valyutada borc təşkil edirdi, çox cüzi hissəsi yerli valyutada idi. Əsas hədəflərimizdən biri, bunu ortamüddətli dövrdə 85%-dən aşağı salmaq idi. Bu gün xarici borc portfelimizin 81%-ni xarici valyutada olan borc təşkil edir. Biz bu istiqamətdə irəliləyirik, artıq ortamüddətli dövrdə bunun daha da azaldılması üçün işlərin görülməsi planlaşdırılır.

Digər risk parametri isə borcun dəyişkən faiz dərəcələri ilə olmasıdır. Bəzi borclar sabit faiz dərəcələri ilə, bəziləri isə bazar şəraitinin dəyişməsindən asılı olaraq dəyişkən faiz dərəcələri ilə təqdim edilir. 2018-ci ildə bizim borc portfelimizin 65%-i dəyişkən faiz dərəcələri ilə idi. Biz hazırda bu göstəricini 35%-ə qədər endirmişik və hədəfimiz bunu bir qədər də aşağı salmaq, minimal səviyyə endirib, orda qərarlaşdırmaqdır. Bu kimi indikatorlar, son strategiyanın 4 illik icrası nəticəsində əldə olunub. Təbii ki, bununla qənaətlənmirik, burdakı hədəflərə bir qədər də yenidən baxıb, orta müddətli dövr üçün müəyyən hədəflər qoymağı nəzərdə tuturuq", - deyə o, qeyd edib.
Bu ilin I rübünün yekununda Azərbaycanın daxili dövlət borcu 2,6 milyard manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,6%-i qədərdir.

İndex.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu ayın əvvəlinə Azərbaycanın xarici dövlət borcu isə 7,4 milyard ABŞ dolları olub, bu isə ÜDM-in 12,5%-ni təşkil edib.

"Bu göstəricilər region ölkələrinin əksəriyyəti ilə müqayisədə aşağıdır. Hazırda Azərbaycanın dövlət borcunun ÜDM-nə nisbəti 15%-dən bir qədər çoxdur. Bundan başqa, Azərbaycanın verdiyi dövlət zəmanətlərinin məcmu dəyəri 1,8 milyard manatdır. Bu isə ÜDM-in 1,6%-nə bərabərdir. Bunu nəzərə alsaq dövlət borcumuzun ÜDM-ə nisbəti 17%-dən bir qədər azdır", - deyə A.Mursaqulov qeyd edib.

Nazirlik rəsmisi dövlət borcunun strukturu barədə də danışıb: "Xarici dövlət borcu beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kifayət qədər uzun müddətli borclardır. Onların orta ödəniş müddəti 7-8 ildir. Daxili borclarımızda müddətlər qısadır. Ancaq yenə də orta ödəniş müddəti 2 ili üstələyir. Bu gün bizim kifayət qədər ehtiyyatlarımız və daxili resurslarımız var. Amma bunla yanaşı bəzi hallarda layihələrə xaricdən borc da cəlb edə bilirik. Burada balansı müəyyən etmək lazımdır ki, bu da hər bir ölkənin makro-iqtisadi fundamentallarıma əsasən tənzimlənir".
Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndi şəhərindəki qondarma rejim əhaliyə satılan təbii qazın qiymətini artırıb.

İndex.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hər kubmetrə görə artım 4,7 dram və ya 3,4% olub. Bundan sonra ayda 10 000 kubmetrədək satılan təbii qaza görə əhali hər min kubmetr üçün 143 700 dram (300 dollar) və ya hər kubmetr üçün 0,30 sent (50 qəpik) ödəyəcək.

10 000 kubmetrdən çox təbii qaza görə isə istehlak edilən təbii qazın hər min kubmetrinə görə isə 265,81 dollar ödəycəklər.
Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisi bərabərləşdirilə bilər.

İndex.az xəbər verir ki, bu barədə məlumatı öz tvitter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb. O qeyd edib ki, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

"Ölkələrimiz arasında ticarət əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi apardıq", - deyə Mikayıl Cabbarov qeyd edib.
Rusiyanın Jeleznoqorsk şəhərində qeyri-adi hadisə yaşanıb.

Ev iti az qala öz sahibinin nikah mərasiminə mane olub. Belə ki, o, mərasimə bir gün qala gəlinin pasportunu yeyib.

Xoşbəxtlikdən pasport qeydiyyatı idarəsinin əməkdaşları məsələni anlayışla qarşılayıb və xanıma bir neçə saat ərzində yeni sənəd təqdim ediblər.

Məhz bunun sayəsində o, öz sevgilisiylə nikah masasına əyləşə bilib.
2017-ci ildə qurulan “Independent Electric Vehicles” şirkəti ilk məhsulu olan “Indi One” elektromobilini nümayiş etdirib.

İndex.az xəbər verir ki, bu, müasir dizaynlı və tam ötürücülü beş nəfərlik elektrik krossoveridir.

Elektromobil ön paneldə iki sensor ekranlı monitorla və internetə çıxış üçün 5G modemilə təchiz edilib. Burada həmçinin mikrofonlar və üçü kabinədə yerləşən beş kamera var.

Elektrik krossoveri panoramik şüşə dam və pnevmatik asqıya malikdir.

O, Standard və Premium varianta mazlikdir. Sonuncu versiyada elektromobil hər ox üçün ayrıca mühərriklə təchiz olunur. Onların ümumi qüvvəsi 482 at gücü təşkil edir. 95 kilovat-saatlıq batareya 480 kilometrə qədər məsafə qət etməyə imkan verir. Bu versiyanın maksimal sürəti saatda 209 kilometr, yerindən ilk “yüzlüyə” qədər sürətlənmə vaxtı isə 4,2 saniyədir.

Yolsuzluq avtomobilinin qiyməti 45 – 69 min dollar arasında dəyişir.
Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov, onun birinci müavini olmuş Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Natiq Kərimovun müsadirə edilən əmkaklarının siyahısı məlum olub.

İndex.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, həmin şəxslərin bir neçə əmlakı xüsusi müsadirə edilərək məcburi qaydada və əvəssiz olaraq dövlət nəfinə alınıb.

Müsadirə edilən əmkakların siyahısını təqdim edirik:

Ceyhun Cəfərov (həbsdə olan sabiq icra başçısı)

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın I sektor 02 saylı bağ sahəsində yerləşən 0,0370 ha torpaq sahəsi

Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi

Tacəddin Novruzov

Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi

Natiq Kərimov

Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri

Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kv.m qeyri-yaşayış binası

Hökmdə qeyd edilib ki, Baş Prokurorluğunun depozit hesabında saxlanılan Kürdəmir rayon Kommunal Müəssisələr kombinatının sabiq direktoru Məhəmmədəli Surxayev tərəfindən ödənilmiş 14 000 manat məbləğində pul vəsaiti, Ceyhun Cəfərov tərəfindən ödənilmiş 101 949 manat məbləğində pul vəsaiti dövlət nəfinə keçirilsin.

Xatırladaq ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.
Elektrik enerjisindən istifadəyə görə hesablaşmalar qaydası dəyişib.

İndex.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq dəyişiklik edib.

Qaydaya əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur.

İndiyə qədər sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmirdi. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalı idi. Eyni zamanda əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılırdı.

Dəyişikliyə əsasən, artıq bu prosedur ləğv olunur. Bundan sonra əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılacaq.

İndiyə qədər istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalı idi. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermirdi.

Dəyişikliyə əsasən, artıq istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydalar nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır.

İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən qanunsuz elektrik xətti açılmalı və elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydalar nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır.

Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin hesablanmış məbləği barədə ilkin məlumatı əlavə etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malik olacaq, bu izahatlar və mülahizələr akta əlavə olunacaq.
ABŞ-nın Bakıdakı səfirliyi ikinci əl ofis və mətbəx mebeli, məişət texnikası, IT avadanlıqları, kompüter, noutbuk, müxtəlif ofis və məişət əşyaları, qab-qacaq, avtomobil ehtiyat hissələri və bir avtomobil “Mitsubishi Pajero” üzrə canlı hərrac keçirir.

İndex.az xəbər verir ki, hərraca çıxarılan avtomobilin (“Mitsubishi Pajero”, ili 2014) gömrük rüsumları ödənilməyib. Rüsum təqribən 24 min manat təşkil edir. Yəni açıq hərracda müəyyən məbləğdə alınan avtomobil üçün əlavə rüsum ödəniləcək.

Hərrac cümə axşamı, 21 aprel 2022-ci il saat 11:00-dan 12:00-ə qədər Məmmədşərif Həmidov, 51 (ABŞ səfirliyinin anbarı) ünvanında keçiriləcək.
Hərracın qaydaları, eləcə də lotlarla saat 09:00-dan 11:00-a qədər tanış olmaq mümkündür. Qalib gəlmiş alıcı mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan Manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin 5 milyon manatlıq əmlakı müsadirə olunub.

İndex.az xəbər verir ki, APA həmin əmlakların siyahısını əldə edib. Əmlakların siyahısını təqdim edirik:

Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil

Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi

Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil

Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası),

Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası

“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə

Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi

Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.
2021-ci ildə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.

İndex.az DSK-ya istinadən xəbər verir ki, 2022-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2021-ci ilin IV rübü ilə müqayisədə 101.3 faiz (1.3% bahalaşma) olub.

O cümlədən ilkin mənzil bazarı üzrə 101.7 faiz (1.7% bahalaşma), təkrar mənzil bazarı üzrə 101.3 faiz (1.3% bahalaşma) təşkil etmişdir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 4-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

İndex.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Hərraca ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq. Bunlardan 7-si emal, sənaye, quşçuluq, təmir və s. sahələrə aid səhmdar cəmiyyətləri, 38-i isə nəqliyyat vasitəsidir.

Səhmdar cəmiyyətilərinə “Bakavtoservis”, “Biləsuvar Broyler”, “Zaqatala Fındıq“ və digərləri aiddir. Onların nizamnamə kapitalı 138 698 manatdan 1 299 800 manata qədər dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” ASC-0-dir. Adı çəkilən müəssisənin səhminin 30,03 %-i 195 178 manata təklif olunur.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında isə Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970 - 2011-ci illər arasında dəyişir.

Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 153,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çoxdur.

Son 2 ayda istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri illik müqayisədə 14,4% artaraq 67,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8% artaraq 1 085,3 milyon manat təşkil edib.
Mayın 11-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atrabank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

İndex.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Gəncə şəhəri, Nizami rayonu, Mirzə Ələkbər Sabir küçəsi, 16 ünvanında yerləşən 120,2 kv.m.-lik fərdi yaşayış sahəsindən gedir. Əmlaka 150 min manat qiymət qoyulub.
Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 16 005,5 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 18,5% artaraq 1 593 manata çatıb.
2022-ci ilin yanvar-fevral aylarında ölkəyə 10 340 ədəd minik avtomobili, 668 ədəd yük avtomobili, 87 ədəd avtobus idxal olunmuşdur.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ildə Azərbaycana ümumilikdə 10 mln. 283 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2.4 dəfə çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 87 ədəd avtobus (artım 2.3 dəfə) idxal olunub.
Kənd Təsərrüfatı Nazirliyi Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ atlarının auksionunu keçirib.

İndex.az xəbər verir ki, auksiona ilkin olaraq 3 at çıxarılıb. Bunlar Qarabağ cinsinə məxsus “Sahil”, “Zilaxar” və “Sultan” atları olub. Atlardan ikisi – “Sahil” və “Zilaxar” auksionda satılıb.

İlkin qiyməti 5000 manat olan “Sahil” atı 5500 manatla yeni sahibini tapıb. Habil İbrahimov adlı sahibkar auksionda atı alıb.

“Zilaxar” isə 7000 manatla auksiona çıxarılıb. Orxan Qaraxanbəyov adlı sahibkar 7500 manatla ata sahib olub.

Tədbirdən sonra Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verərək bu cür auksionların davam edəcəyini bildirib: “Bura 6 at gətirilmişdi. Onlardan 3-ü auksiona çıxarıldı. Siz də şahidi oldunuz ki, bu atlardan ikisi sahibini tapdı. Auksion elan olunanda həm qonaq kimi, həm də iştirakçı kimi çoxsaylı müraciətlər var idi. 30 min manata olan “Sultan” atı isə auksionda satılmadı. Belə auksionlar davam edəcək”.

O qeyd edib ki, burada təkcə atların satışı nəzərdə tutulmur: “Auksionda həm də başqa damazlıq heyvanlar satıla bilər. Əgər kimsə damazlıq heyvan almaq istəyirsə, bu Heyvandarlıq Kompleksinə gələ bilər”.
“Mexaniki sayğacların daha çox yazması kimi fikirlər əsassızdır”.

İndex.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirib ki, belə fikirlər sosial şəbəkələrə bilərəkdən ötürülür:

“Guya mexaniki sayğacların bir kubmetr əvəzinə iki kubmetr yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı. Məlum oldu ki, belə fikirlər əsassızdır”.
Bələdiyyələrin gəlir mənbələrindən məhrum edilməsi, bəzi vergilərin onların büdcəsindən alınması ciddi narazılığa səbəb olub. Eyni zamanda subvensiyaların alınmasında da ciddi problemlərlə üzləşdiklərini bildiriblər. Onlara ayrılan dotasiyaların isə məbləğinin az olması bələdiyyələrin dərdinə əlac ola bilmir. Bəs vəziyyətdən çıxış yolu nədir? Yerli özünüidarəetmə qurumlarının maliyyə mənbələrinin genişlənməsi üçün nə lazımdır?

Məsələ ilə bağlı fikirlərini İndex.az-la bölüşən Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli yerli vergilərin onların büdcəsinə yönəldilməsini təklif edib:

“Subvensiya bələdiyyə layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dotasiya isə bələdiyyə qulluqçularının maaşlarının, sosial-sığorta, vergi haqlarının ödənilməsi üstünlüyü ilə əvəzsiz verilən yardımdır. Gəgəli bələdiyyəsi keçən il dövlət büdcəsində 2460 manat dotasiya alıb və təyinatı üzrə xərclərə sərf edib. Lakin Gəgəli bələdiyyəsi hesab edir ki, dotasiya verməkdənsə, bələdiyyənin vergi toplama haqqı əlindən alınmasın. Məsələn, “Süsən Aqro” MMC hüquqi şəxsdir və kənd sakinlərinin pay torpaqlarını uzunmüddətli icarəyə götürüb, əkinçiliklə məşğul olur. Amma qanunvericiliyə görə torpaq vergisini dövlət büdcəsinə ödəyir. Bu torpaq vergisinin həcmi bizim dövlət büdcəsindən aldığımız dotasiya məbləğindən xeyli çoxdur. Dövlət Vergi Xidməti asan yoldan torpaq vergisi toplayır, amma bizi bu imkandan məhrum edir”.

Bununla yanaşı, sədr hüquqi şəxsin bələdiyyə mülkiyyətində olan yollar və arxlar kimi servitutları bələdiyyəyə xəbərdarlıq etmədən, qanunvericiliyi nəzərə almadan şumladığını deyib. Mərkəzi icra orqanlarının torpaqların idarə olunmasına ciddi nəzarət etmədiklərini iddia edib:
“Niyə İqtisadiyyat Nazirliyi onlara ünvanlanan məktubları aşağı qurumları səviyyəsində yola verir və iri holdinqlərlə sövdələşmə şübhəsi yaradır? Mən hələ müəyyən edə bilmirəm ki, “Süsən Aqro” MMC və digər fiziki şəxs olan sahibkarlar örüş torpaqlarını necə əkin torpaqlarına çevirib, onlara çıxarışlar alıblar?”

F.Xəlilli bələdiyyələrə ayrılan subvensiyaların alınmasında da ciddi maneələrin olduğunu deyib. Onun sözlərinə görə, layihələr üçün həmin vəsaitin alınması ilə bağlı dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb:

“Əslində dotasiya lazım deyil, bələdiyyələrin vergi toplama hüquqları məhdudlaşdırılmasın, bələdiyyələrə qanunsuz müdaxilələr aradan qalxsın, kifayətdir. Biz hər il subvensiya üçün Maliyyə Nazirliyinə müraciət edirik. Bizi iclas xatirinə işimizdən-gücümüzdən edib otaqlara yığıb məsləhət verən, "danlayan" məmurlardan sonra xəbər-ətər olmur. Subvensiya layihə təkliflərimizə cavab verilmir, heç e-mailə və ünvanımıza "qəbul etmədik, amma gələn dəfə daha da təkmilləşdirib göndərin" deyə heç nə yazılmır. Belə hallar bələdiyyələrdə inamı, ümidi sıradan çıxarır”.

Qanunvericiliyə əsasən, bələdiyyə müəssisələri dövlət büdcəsindən və fondlardan kredit və subsidiya ala bilər. Lakin F.Xəlli bildirib ki, bu sahədə də dövlət qurumları onlara soyuq münasibət göstərir, layihələrinə ciddi yanaşmırlar:

“Bələdiyyə müəssisəmiz azfaizli və uzunmüddətli kreditlər üçün müraciət edib, hamısına “yox” cavabı alınıb. Bələdiyyə müəssisələri hərraclara girib, torpaq icarəyə götürüb, əkin əkmək və heyvan saxlamaq üçün subsidiya ilə təmin edilə bilərlər. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi bələdiyyə müəssisələri ilə bağlanmış istifadə müqavilələri ilə necə davranacağını bilmir və belə təcrübələrinin olmadığını deyir. Əmlak Məsələləri Dövlət Xidməti 2 dəfə bizim müəssisələrin hərraca girməsinin qarşısını alıb. Qanunlar işləməyib, işlətmək istədikdə köhnə stereotiplərin dağıdılmasının əziyyəti yenə bizə - bələdiyyələrə düşür”.

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli də dotasiyaların və subvensiyaların məbləğinin çox az olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyələrin maliyyə mənbələrinin genişlənməsi üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır:

“Düşünürəm ki, hər kəs, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanı bələdiyyənin fəaliyyətinə öz töfhəsini verməyə çalışmalıdır. Onun səlahiyyətinin artırılması ilə bağlı, əlavə maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı, üzləşdikləri problemlərin həlliilə bağlı addımlar atmalıdır. Dotasiya dövlət tərəfindən bələdiyyəyə təmənnasız ayrılan maliyyə yardımıdır. Bunun həcmi kifayət qədər azdır. Bir neçə il öncə isə konkret layihələrin icrası ilə bağlı subvensiyaların ayrılmasına başlanıb. Bu il dövlət büdcəsindən bələdiyyələrə 6,5 milyon manat dotasiya, 1 milyon manat subvensiya ayrılması nəzərdə tutulub. İstənilən halda, bu rəqəmlər çox aşağıdır, indiki qiymətlərə münasib deyil”.

V.Tofiqli bələdiyyələrin durumunun yaxşılaşması, problemlərinin həlli ilə bağlı təkliflərini də səsləndirib. İlk növbədə, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılmasını zəruri sayıb:

“Həmin boşluqlar bələdiyyələrə əlavə maliyyə əldə etməsi üçün imkan vermir. Bəzi halda qanun qəbul edilib, amma onun realaşması üçün digər normativ hüquq sənədlər yoxdur. Yaxud, normativ hüquqi sənəd qəbul edilib, amma onun qanunda əksi yoxdu. Ona görə də bələdiyyə həmin vəsaitləri toplaya bilmir. Bu ildən bələdiyyələrin topladığı mədən vergisi büdcəyə yönəldildi. Ötən il 1 milyon 240 min manat mədən vergisi toplayıb. Son 4 ildə bu rəqəm 7 milyona çatıb. Biz bu vəsaiti bələdiyyənin cibindən götürüldü. Ancaq onun qarşılığında isə buq qurumlara heç nə verilmədi”.

Birlik rəhbəri də bələdiyyənin maliyyə vəziyyətinin yaxşılaşması üçün onlara hər hansı dotasiya və ya maliyyə yardımının verilməsinin əleyhinə olduğunu vurğulayıb. Qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə bələdiyyə ərazislərində mövcud olan mənbələrdən istifadə olunmasına üstünlük verib:
“Mədən vergisi, reklamdan gələn gəlirlər, parkinqlər, sənədsiz evlərlə bağlı problemlər həll olunmalıdır. Həmin mənbələrdən vergi və xidmət haqlarının toplanmasını bələdiyyələrin həyata keçirməsinə və bununla bağlı konkret olaraq bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb ediləsinə şəraitin yaradılması vacibdir”.

Onu da deyək ki, gəlirlərin artırılması üçün bələdiyyələr başqa bir təklif də irəli sürüblər. Tutaq ki, bir bəldiyyənin ərazisində 100 abunəçiyə elektik, qaz və su təchizatı həyata keçirilir. Həmin kommunal xidmətlərə görə toplanan vəsaitin müəyyən hissəsi, tutaq ki, 5%-i və ya 10%-i bələdiyyə büdcəsinə ödənilə bilər. Bu Avropa və Türkiyə təcrübəsində mövcuddur.

Bir sözlə, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması daim hökumətin diqqətində olmalıdır. Sadalanan problemlər həll olunsa, onlara əlavə dotasiya və ya subvensiyanın ayrılmasına ehtiyac qalmayacaq.