• Şikayət et

İctimai fəal məktəb modelinin formalaşdırılması ilə bağlı sosial videoçarx hazırlanacaq

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” V Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən və Bakı şəhəri H.Hüseynov adına 83 №-li məktəb-lisey tərəfindən icra olunan “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi çərçvəsində müəllimlər  və digər pedaqoji işçilər üçün maarifləndirci, təbliğati, beynəlxalq təcrübə və yeniliklər əhatə olunan kitab, buklet və informativ plakat və təlim materialları çap olunub paylanmışdır.
Nəşrlərdə “ictimai fəal məktəb fəlsəfəsi və inkişaf yolu”, “ictimai fəal məktəb tiplərii: müxtəlif təcrübələr”, “ictimai fəal məktəb üçün sosial tərəfdaşlıq”, “ictimai fəal məktəbin əməkdaşlıq imkanları”, “ənənəvi məktəbdən ictimai fəal məktəbə keçid” və digər maraqlı və aktual məsələlərlə bağlı ətraflı məlumat verilib.
 Layihə çərçivəsində növbəti olaraq maarifləndirici sosial videoçarx hazırlanacaq. Bu videoçarxın KİV-də və sosial şəbəkələrdə geniş paylaşımı olacaq. Layihə çərçivəsində əhatə olunan 3 orta məktəbdə ərazi üzrə rayonun aidiyyətli qurumlarının, QHT-nin və özəl təşkilatların əməkdaşlığı konkret müstəviyə keçmiş və əməkdaşlıq və tərəfdaşlığa dair 6 anlaşma memorandumu imzalanmışdır.

Mənbə:
0
5991
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar