• Şikayət et

Ermənistan İran və Hindistandan silah alır - Yeni müharibə ola bilərmi?

44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan yaşadıqlarından dərs almaq istəmir. 

Son günlər yayılan xəbərlərdən aydın olur ki, Ermənistan İran və Hindistan kimi ölkələrdən silah almaqla məşğuldur. Azərbaycanla sülh müqaviləsinin imzalanmasından da hər vəclə yayınmağa çalışan, vaxt uzadan Ermənistan hansı proseslərə hazırlaşır? Ermənistan yeni müharibə istəyirmi?

Milli Məclisin deputatı Arzu Nağıyev məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib. 

O, qeyd edib ki, Ermənistanın İran və Hindistandan silah alması elə bir ciddi əhəmiyyət kəsb etmir:

"Məlum məsələdir ki, Ermənistanın İran və Hindistandan silah alması elə bir ciddi əhəmiyyət kəsb etmir. Hər bir dövlətin öz daxili işidir ki, kimdən silah alsın, kimdən silah almasın. Mühüm məsələ odur ki, buna Rusiya birmənalı şəkildə reaksiya verməlidir. Çünki əgər Ermənistan ərazisində Rusiya qoşunları dislokasiya olunubsa və orada böyük bir baza varsa, rus silahları varsa, artıq bu silahların kənardan alınması bir az müəyyən fikirlər yaradır. Yəni, əsas məqam ondan ibarətdir ki, məhz İran və Hindistanla olan münasibət düşünürəm ki, hansısa bir aliansın yaradılması istiqamətində atılan addımlardır".

Arzu Nağıyev qeyd edib ki, burada silah biznesi məsələnin görünən tərəfidir: 

"Mirzoyan açıqlamasında bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri olacaq, müəyyən təkliflərlə bağlı müzakirələr aparılacaq. Paralel olaraq məhz sülh müqaviləsinin imzalanmayacağı da də onun açıqlamasında deyilib. Son vaxtlar baş verən hadisələr həm Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, bir sıra beynəlxalq təşkilatlardan qondarma qurumun statusu ilə bağlı verilən açıqlamalar, eyni zamanda separatçı qurumun rəhbərlərinin davranışları eyni zamanda sülhməramlı qüvvələrin fəaliyyəti-bütün bu proseslər hamısı onu göstərir ki, nəyin bahasına olur olsun, sülh müqaviləsi imzalanmasın. 

Düşünürəm ki, sülh müqaviləsi imzalanarsa, sülhməramlı qüvvələr də ərazini tərk etməlidir, artıq münaqişə tərəfi yoxdursa, artıq qeyri-qanuni silahlı qurumlar ərazidən çıxarılıbsa, mütləq şəkildə sülhməramlı qüvvələrə də ehtiyac qalmır". 

Deputatın sözlərinə görə, başqa bir müharibəyə də ehtiyac qalmayacaq:

"Sülhməramlı qüvvələrin məhz müşayiəti ilə keçən texnika, eyni zamanda general Volkovun da açıqlamasındakı birgə fəaliyyət üçün mini gömrük postunun yaradılması mütləq şəkildə lazımdır. Bütün bu açıqlamalar göstərir ki, yəni separatçı qurum nəyin bahasına olursa, olsun öz varlığını dünyaya sübut etməyə çalışır, lakin bunların hamısı qeyri-qanunidir, artıq Azərbaycan Qarabağ ərazisindədir, jurnalistlərin getməsi, eyni zamanda qurumlarımızın orada iştirak etməsi bir daha göstərir ki, bu proseslər ermənilərin xoşuna gəlməyən addımlardır. Onların havadarlarının xoşuna gəlməyən məsələlərdir ki, sülhə doğru addımlar atılır. Ona görə də düşünürəm ki, başqa bir müharibəyə də ehtiyac qalmayacaq. Çünki Azərbaycan Ordusunun Türkiyəylə birgə "Qardaş yumruğu” adlanan hərbi təlimlərindən onlar özlərinə bir nəticə çıxarmalıdır ki, istənilən vaxt heç bir beynəlxalq qanun və qaydaları pozmayaraq, heç bir problem yaratmayaraq Azərbaycan öz ərazisində anti-terror əməliyyat keçirə bilər və bunun da heç bir təşkilat tərəfindən qanunsuz olduğu deyilə bilməz".

"Prosesin sülh yolu ilə başa çatması  çox mühüm məsələdir, sərhədlərin delimitasiyası, demarkasiyası, yəni verilən o 5 təklifi Ermənistan qəbul edib , eyni zamanda öz təklifləri ilə sülh müqaviləsi imzalansa, anti-terror əməliyyatından və ya müharibədən söhbət belə gedə bilməz. Bu gün onlar öz havadarlarının dəstəyi ilə nəyin bahasına olur olsun, o müqavilənin imzalanmamasına çalışırlar", - deyə deputat əlavə edib.

Aydın Nuri
Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar