EHTİYATLI OLUN: “Yanvarın sonlarında böyük müharibə başlayacaq” – Kəşfiyyat rəisindən qorxunc açıqlama

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Rusiyanın 92 min hərbçisini Ukrayna sərhədlərinə yığaraq, yanvarın sonlarında, yaxud fevral ayında genişmiqyaslı hücuma hazırlaşdığını bildirib.

 

Nazirlik rəsmisi bu kontekstdə ABŞ-dan əlavə hərbi yardımın gəlməli olduğunu və Rusiyaya qarşı təzyiqin artırılmasının zəruriliyini qeyd edib.

Maraqlıdır, Rusiyanın Ukraynaya müharibə elan edəcəyi haqda bu iddialar nə dərəcədə realdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiya və Ukrayna arasında müharibənin olması ilə bağlı xəbərlərin ilk dəfə ABŞ tərəfindən səsləndirildiyini bildirib. Politoloq qış aylarında rus ordusunun Ukrayna üzərində qələbə qazana biləcəyini deyib:

 

"İlk dəfə müharibə ilə bağlı xəbəri ABŞ-ın kəşfiyyat orqanları səsləndirib. Bununla əlaqədar onlar Avropa Birliyi üzrə müttəfiqlərini məlumatlandırıblar. Sözgedən istiqamətdə konkret addımların atılmasına hazırlıq üçün xəbərdarlıq edilib. ABŞ kəşfiyyatının verdiyi məlumatlara görə, qış aylarında rus ordusunun döyüşlərə daha potensiallı olduğu üçün belə bir müharibənin olacağını iddia edib. Lakin bu məsələ ilə əlaqədar təkcə Avropa Birliyi yox, həmçinin ABŞ da müəyyən addımlar atmalıdır. Bu məsələnin gündəmə gətirilməsi Rusiyaya daha ağır iqtisadi sanksiyaları tətbiq etmək üçün şərait yaratmaq və bununla da Rusiyanın geri çəkilməsini təmin etməkdən ibarətdir. Ona görə də ABŞ Kəşfiyyat Xidmətinin müharibə ilə bağlı proqnoz verməsi buna istiqamətlənib. Ukrayna Müdafiə Nazirliyinin verdiyi açıqlama da ABŞ siyasətini davamıdır. Ukrayna təbii olaraq, hərbi potensialı yüksək olan ABŞ-ın onu dəstəkləməsini istəyir və Avropa Birliyi ölkələrini hərəkətə gətirmək niyyətindədir. Çünki müharibə Avropa ölkələrini çətin vəziyyətdə qoyacaq”.

 

Ekspert Rusiyanın Ukrayda hərbi böhran yaratmaq niyyətində olduğunu vurğulayıb:

 

"Müharibənin olub-olmayacağını proqnozlaşdırmaq çətin məsələdir. Çünki Rusiyanın xarici siyasətində əsas prioritetlərdən biri ondan ibarətdir ki, hansısa ölkədə geosiyasi maraqlarını təmin etmədən öncə o ölkədə ciddi mənada hərbi böhran yaratsın və bununla da maraqlarını təmin etsin. Biz bunu Suriya, Gürcüstan da daxil olmaqla, bəzi ölkələrdə müşahidə etdik. Bütün bunlar göstərir ki, Rusiya müharibə etməsə də, hərbi böhran yaratmaqla hegemon ölkələrin ona güzəştə getməsini təmin edir. ABŞ müharibə ehtimalının azaldılması üçün Avropa İttifaqına müraciət etməklə Rusiyaya iqtisadi sanksiyaları tətbiq etmək niyyətindədir”.  

 

Əzizə Zeynal

0
7138
2
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar