Deputatlardan Soçi görüşünə REAKSİYA - “Nə oldu, Paşinyan, bəs qol çəkməyəcəkdin?”

Dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüşü keçirildi. Görüş ötən il imzalanmış 10 noyabr bəyanatının birinci il dönümünə həsr olunmuşdu.
 
Üç saata yaxın davam edən görüşdə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, sabitliyin gücləndirilməsi istiqamətində atılmalı addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilib.
 
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a görüşlə bağlı danışarkən bildirib ki, gələcəkdə sülh müqaviləsinin imzalanması istiqamətində bu görüşün kifayət qədər ciddi əhəmiyyəti olacaq:
 
“Dünənki görüşdə hər hansı bir sənədin qəbul olunması gözlənilmirdi. Burada iki tərəf var və iki dövlət arasında sülhə gedən yolda önəmli rol oynayan Rusiyadır. Hesab edirəm ki, ilin sonuna qədər müəyyənlik addımları nəzərdə tutuldu. Rusiyanın bu istiqamətdə niyyəti açıq şəkildə bəlli oldu. Bu görüşdə əsas 10 noyabr bəyanatına əməl edilməsi tələb olundu.
 
Görüşdə hansısa bir narazılıq ifadələri səslənmədi. Gələcəkdə sülh müqaviləsinin imzalanması üçün bu görüşün kifayət qədər ciddi əhəmiyyəti olacaq.
 
Rusiya bu məsələyə başqa ölkələrin müdaxilə etməsinə maraqlı deyil. Ona görə də görüşdən əvvəl zəng edib söylədi ki, bu məsələ ancaq Rusiyanın iştirakı ilə həll olunacaq.
 
Növbəti Bürssel görüşü formal xarakter daşıyacaq. Həmin görüş Avropanın könülünü almaq üçün müzakirə mühiti kimi qiymətləndiriləcək”.
 
Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün sərhədlər müəyyənləşməlidir:
 
“Dünən keçirilən görüş çox mühim idi. Çünki gördüyünüz kimi bəyanatın altında üç dövlət başçısının imzası dayanıb.
 
Cənab Prezident dünənki görüşə qalib dövlətin başçısı kimi getmişdi.
 
Burada ən ciddi məsələ ondan ibarət idi ki, sülh müqaviləsinin imzalanması üçün sərhədlər müəyyənləşməlidir. Bunu da etmək üçün ikitərəfli komissiyaların təşkil edilməsi mütləqdir. Bu gün Azərbaycan- Ermənistan kommisiyasının yaradılması mühüm məsələdir.
 
Burada Rusiyanın da çox vacib rolu var. Çünki bu gün Ermənistan və digər dövlətlərin sərhədlərinin qorunmasında Rusiya iştirak edir. Zənnimcə, bu istiqamətdə də Rusiya ciddi addımlar atacaq. Dəfələrlə qeyd etmişik ki, NATO və Rusiyanın sərhəddi Ermənistan - Türkiyə sərhəddidir. Rusiya burada proseslərin daha da sürətləndirilməsinə qüvvət verən amildir”.
 
Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Rusiya bu görüşdən sonra kommunikasiya xətlərinin açılmasına və sərhəddin müəyyənləşməsi məsələsinə daha ciddi yanaşacaq:
 
“Bürssel görüşü öncəsi keçirilən bu görüş Azərbaycan və Ermənistandan çox Rusiya üçün önəmli idi. Çünki Rusiyanın bu məsələdə bölgədə öz nüfuzunu qoruyub saxlamaq üçün görüşə ehtiyacı vardı. Əgər bu görüş olmasa idi Rusiyanın nüfuzuna xələl gələcəkdi. Mən hesab edirəm ki, görüşdə müzakirə olunan məsələlərin icrasına keçmiş bir ildəkindən daha çox ciddi yanaşılacaq.
 
Bir həftə ərzində kommissiya formalaşıb, Bürssel görüşünə qədər işə başlamalıdır.
 
Sonda mətbuat konfransında Paşinyanın duruşu ilə hər şey aydın oldu ki, əsas danışıq məqamlarında Putin Paşinyana öz yerini bildirib.
 
Paşinyan söz vermişdi ki, heç bir sənəd imzalamayacaq. Bəs noldu, niyə imzaladı?
 
Bu görüşün gələcəkdəki əlaqələr üçün çox ciddi önəmi var. Rusiya tək bizə görə yox, öz mövqeyini də qorumaq üçün ciddi tədbirlər görəcək”.
Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar