Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə telefonla danışıb

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.

Mənbə:
0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar