Eminin əlyazmaları və şəxsi əşyaları nümayiş olunub - VİDEO - FOTO

Güclü kontralto səsi və eksentik musiqi janrlarında ifası ilə məşhur olan mərhum britaniyalı müğənni və bəstəkar Emi Uaynhausun ölümünün 10-cu ildönümü ilə əlaqədar Londonda sərgi təşkil olunub.

"Amy: Beyond the Stage" ("Emi: Səhnədən kənar") ekspozisiyası ulduzun atası Mitç Uaynhausun fəal iştirakı ilə yaradılıb. Burada onun mahnılarının əlyazısı olan əzilmiş kağızlar, şəxsi fotoları, konsert geyimləri və ayaqqabıları nümayiş edilib.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, əsasən R&B, soul və caz stillərində ifa edən Emi Uaynhaus 2000-ci illərin aparıcı musiqiçilərindən biri olub. Onun 2006-cı ildə çıxan "Back to Black" adlı albomu 5 "Grammy" mükafatına layiq görülüb. İfaçı həmçinin 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi "Brit Awards" mükafatı alıb.

Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb.

  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
  • Eminin
Mənbə:
0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar