• Şikayət et

Bursanın “General-mayor Polad Həşimov” parkında Anım Günü ilə əlaqədar tədbir təşkil edilib

Türkiyənin Bursa vilayətində 27 Sentyabr - Anım Günü ilə əlaqədar aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir bu şəhərdə fəaliyyət göstərən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin təşkilatçılığı və Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin dəstəyi ilə baş tutub.

Şəhərin Demirtaş bölgəsində yerləşən “General-mayor Polad Həşimov” parkında keçirilən mərasimdə Bursada müalicəsi davam edən Vətən müharibəsi qaziləri də iştirak ediblər. Qazilərimiz Anım Gününün məhz Polad Həşimovun adını daşıyan parkda qeyd olunmasından məmnun olduqlarını bildiriblər.

Təşkilatçılar Azərbaycanın haqlı davasını və şanlı Zəfərimizi nümayiş etdirmək üçün vaxtilə işğal altında olan bölgələrimizin xəritələrinin əks olunduğu geyimlərdə aksiyaya qatılıblar.

Tədbirdə günün anlamına toxunan iştirakçılar otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı qanları bahasına bizə bəxş edən şəhidlərimizə və bu şərəfli yolda sağlamlıqlarını itirən qazilərimizə ömür boyu minnətdarlıqlarını ifadə ediblər.

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixinə qızıl hərflərlə yazılıb.

Yerli mətbuatın və xalqın marağına səbəb olan tədbirdə Qarabağ şəhidləri üçün ehsan paylanılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə:
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar