• Şikayət et

Bu şəxslər Şimali Kiprə daxil ola bilməyəcək?

Sentyabrın 6-dan etibarən Şimali Kipr Türk Respublikasına səfər edəcək şəxslər bir sıra vacib prosedurlardan keçməli olacaqlar. "OLAYLAR" xəbər verir ki, bununla bağlı ŞKTR-də bir sıra qərarlar qəbul edilib. COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədi daşıyan qərarlara əsasən ölkəyə daxil olan istənilən şəxs son 72 saat üçün korona testi verməli olacaq. Bu ŞKTR-yə hava, dəniz və quru yolla daxil olacaq hər kəsə şamil ediləcək. Həmçinin adaya gələcək şəxslər səfərdən əvvəl adapass.gov.ct.tr səfər forumunu dolduracaqlar və əldə ediləcək QR kodu ilə adaya girəcəklər. Məlumatlarını həmin sayta əlavə etməyən və QR kodu almayan şəxslər ŞKTR-yə daxil ola bilməyəcək. Bu prosedur 18 yaş və yuxarı şəxslər üçün məcburi olacaq.

Mənbə:
0
5544
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar