Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox “şüşə”, “patı” təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.
Övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına “patı” verildiyini iddia edir.
O, AzerForum.Com -a müraciətində övladına bir qadının bu maddəni verdiyini deyib: “Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, “sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan” deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar”.
Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: “Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı AzerForum.Com -a açıqlamasında bildirib ki, iddialar araşdırılır:
“Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək”.
Aygün Musayeva
Baku Post
Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.
AzerForum.Com xəbər verir ki, fərman beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilib.
Fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılır.
Sənədlə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiqlənib.
Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edilir.
Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
Mərkəzin Nizamnamə Fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;
Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir;
Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə edilib:
5.1. Azərbaycan Respublikasının Prezidentinə:
5.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
5.1.2. idarəetmə orqanlarının yaradılması;
5.1.3. Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.1.4. Mərkəzin ləğvi və yenidən təşkili;
5.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmlakının Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin etməlidir.
Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutulacaq.
May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İİR sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.
AzerForum.Com bildirir ki, DSX-dan APA-ya verilən məlumata görə, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.
Bu gün Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
AzerForum.Com xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında keçirilən mərasimdə millət vəkilləri, yazıçılar və bir sıra görkəmli şəxslər iştirak edib.
Kitab Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasına daxildir. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada S. Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılıb.
Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.
Tədbirdə Milli Kitabxanasının direktoru professor Kərim Tahirov geniş çıxış edib, S. Rüstəmxanlının ad günü ərəfəsində belə bir bioqrafiyanın ona hədiyyə olduğunu bildirib. Qeyd edib ki, onunla bağlı materiallar o qədər zəngindir ki, biblioqrafiya ənənəvi formatda çap oluna bilməyib, daha böyük kitab ərsəyə gəlib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, akademiyada S. Rüstəmxanlının yaradıcılığı ilə bağlı nəfis tərtibatlı geniş kitab çap etdiriblər:
“Bu gün Azərbaycanı dünyada tanıtdıran 5 yazıçının adını çəkəsi olsaq, biri S. Rüstəmxanlıdır”, - deyə akademik əlavə edib.
Hazırda tədbir davam etdirilir.
Kök qanda xolesterini azaldır, bununla da damarları təmizləyir, ürək sağlamlığının qeydinə qalır.
AzerForum.Com xəbər verir ki, bu barədə həkim Liza Yanq deyib.
Kökdə həll olunan lif var, hər gün 25 qr bu lif çəkini tənzimləməyə, qanda şəkəri salmağa, xolesterini azaltmağa yardım edir.
Ona görə də böyük insanlar gündə 1-2 ədəd çiy kök yeməlidir.
Bu maddə ürəyin işemik xəstəliyi riskini azaldır, insultun, infarktın qarşısını alır, bəzi xərçəng növlərinin qarşısını alır.
Çox miqdarda kök ağciyər xəstəliyi olanlra və siqaret çəkənlərə olmaz.
Aygün Musayeva
BakuPost
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 546 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.
Nazirlikdən AzerForum.Com -a verilən xəbərə görə, proqram üzrə ötən dövrdə 270-dək işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 750 şəxs işlə təmin edilib.
İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bununla da onlar gələcək sosial təminat hüquqlarına əsas yaradan sosial sığorta sistemində iştiraka cəlb olunublar.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Tanınmış iqtisadçı, jurnalist, “Güzəran” İctimai Birliyinin rəhbəri Qadir İbrahimlinin vəziyyəti pisləşib.
AzerForum.Com xəbər verir ki, bu barədə Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat paylaşıb.
O bildirib ki, Q. İbrahimli reanimasiyaya yerləşdirilib.
Allah şəfa versin!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzerForum.Com xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlanıb və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edilib.
Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirib, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olunub.
Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirib. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edilib, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirilib. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
15 yaşlı yeniyetmə imtahanlara hazırlıq dövründə stresdən tamamilə dazlaşıb.
AzerForum.Com xəbər verir ki, Britaniya şəhəri Birminqemdə baş verən hadisə tibb tarixinə düşüb.
Belə ki, Sem Teylorun nəinki başında, hətta bədənindəki tüklər də tökülüb.
Onun dostu, məktəbi bitirmiş digər oğlan da məktəb imtahanlarından sonra kəlləşmə - alopesiya xəstəliyinə tutulduğunu bildirib.
Həkim diaqnozu təsdiq edib.
Aparılan müalicələr nəticə verməyib, Teylor xəstəliyi ilə barışıb.
O xatırlayır ki, son 1 ildə məktəbdə özünü yaxşı hiss etmirdi. Müəllimlər ondan xərçəng olmamısan ki, deyə soruşurdular.
Valideynlər bunun keçici olduğunu düşünsələr də, övladlarında ciddi autoimmun proses getdiyini anlamadılar.
Aygün Musayeva
BakuPost
“Ölkədə yağışların yağması kənd təsərrüfatında məhsuldarlığa müsbət təsir edə bilər və çox ciddi ziyan olmaz”.
“Son vaxtlar yağışların yağması mövsümi xarakter daşıyır. Belə hallar təbii olaraq baş verməlidir. Əgər yağışlar güclü xarakter alarsa, əlbəttə, bəzi kənd təsərrüfatı işlərində, həmçinin aqrotexniki qaydaların həyata keçirilməsində fasilələr yarada bilər. Azərbaycanda su problemi var. Belə olan halda yağışın yağması müəyyən dərəcədə bitkilərin suvarılması üçün çox mühüm rol oynayacaq. Yağış vasitəsilə bitkilər suya olan tələbatını ödəyir”.
“Təəssüf ki, bu il kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım var. Bu, istehsalın az olması ilə bağlıdır. İntensiv yağışlar bütün bölgələrdə yağmır. Xüsusilə dağətəyi və dağlıq rayonlarda yağır ki, orada da məhsulun yetişdiyi dövr deyil. Yəni müəyyən dərəcədə həmin regionlarda yağışın yağması müsbət haldır. Ölkədə yağışların yağması kənd təsərrüfatında məhsuldarlığa müsbət təsir edə bilər və çox ciddi ziyan olmaz.
Ot bitkilərinin yaxşı yetişməsi üçün yağışın yağması yaxşıdır.
Yalnız bitkiçilik deyil, heyvandarlıqda da müəyyən problemlərimiz var. Bunlardan biri yem çatışmazlığıdır. Bizdə otlaq ərazilər hələ ki suvarılmır. Yağışın yağması bu sahəyə də müsbət təsir edir. Ümumilikdə isə yağışların davamlı yağması ciddi problem yaratmayacaq”.
Sosial şəbəkələrdə müəllimin şagirdi döyməsi ilə bağlı videogörüntülər yayılıb.
AzerForum.Com xəbər verir ki, məlumata görə hadisə Zəngilan rayonu 35 saylı məktəbdə baş verib.
Təhsil Nazirliyindən də məsələyə münasibət bildirilib: “Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Aygün
BakuPost
Ukrayna Rusiyanın hərbi itkilərinin yeni sayını açıqlayıb.
AzerForum.Com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində məlumat paylaşılıb.
Belə ki, fevralın 24-dən bu günə qədər Rusiyanın 1254 tankı, 3 063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.
28 500-ə qədər canlı qüvvəsi itirdiyini bildirib.
Xatırladaq ki, Bu gün Ukrayna-Ruisya müharibəsinin 85-ci günüdür.
Bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yaydı ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidən əsaslı təmir-bərpa işlərinə başlanılır. Təmir-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq:
“Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq”.
“Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yolun keyfiyyətsiz inşasına görə mütləq məsuliyyət olmalıdır. Cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı qurum məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir. Vətəndaşlar özləri də bu prosesə müdaxilə etməli, bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. Bu cür halların gələcəkdə baş verməməsi üçün elektron dövlət büdcəsi yaradılmalıdır. Dəfələrlə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır. Bu olmadıqca, yollar da keyfiyyətsiz tikiləcək, korrupsiya cinayətlərinin də qarşısının alınması mümkün olmayacaq”.
Ölkəmizdə üç mövzu daimi gündəmdədir: toy, meyxana, kriminal.
Yadımdadır işlədiyim saytların birində “Azərbaycanda qeyri-adi toy” başlıqlı yazı vermişdik, oxunma sayı rekord qırdı.
Meyxana bir subkultura faktıdır. Alt-kültür mənasını verən bu ifadəni təxminən belə izah etmək olar: mədəniyyətin zirzəmisi.
Zirzəmi düşüncəsi (andeqraund) həm də meyxananın təbiətindədir. Əslində onun mövcudluq şərti “qalstuklu kültürə” alternativlikdir.
Sovet İttifaqı nə qədər “aşağıların” ölkəsi sayılsa da, alt-kültürləri sevmirdi. Çünki burada fərdlərin ifrat azadlığı açıqca təbliğ olunur, hətta bu azadlıq bəzən özbaşınalığa qədər gedib çıxırdı. İçki, nəşə, həbsxana mövzuları, qanuni oğrulara simpatiya meyxananı “yuxarılar” üçün qorxulu, “aşağılar” üçün cazibədar etmişdi.
Sovetlərin dağılması bir çox sürprizləri ilə yanaşı meyxanaya verdiyi ifrat azadlıqla da xarakterizə olundu. Alt-kültür kültürün yerinə keçdi. Andeqraund həyat sürən “meyxana ustaları” efirdən “SMS” dilənməyə başladılar. Etiraz sənəti “Həci”lərdən açıq maddi dəstək ummaqla “özünü təklif etməyə” başladı.
Bu, gerçək kültürü öz ayaqları üstündə dura bilməyən Azərbaycana açıqca qəsd idi.
Meyxana özünün mənəvi ölümü - maddi dirçəlişi mərhələsinə qədəm qoymuşdu.
İndi isə mütərəqqiliyə zərrəcə dəxli olmayan bu spesifik yaradıcılıq sahəsi o qədər kütləviləşib ki, az-çox intellekti olanları ciddi-ciddi düşündürməyə başlayıb.
Alt-kültür dünyanın hər yerində var, lakin o ölkələrdə əsl kültür də lazımı qədər inkişaf edib və özünün əks qütblərinə müqaviməti yüksəkdir.
Kültür öz yerində deyil deyə, alt-kültür təşəbbüsü ələ alıb və düşünməkdən məhrum, balaca zəkası “danqa-durunq”la havaya sovrulan yüz minlərlə “cırt-qoz” yetişdirib. Lazımından artıq dindar, milli mentalitetin ən sarsaq cəhətləri ilə silahlanmış bu kəsim öz qara kurtkaları və ciblərindəki milli bıçaqları ilə təkcə mədəniyyətin deyil, həm də dünyəvi düşüncənin düşmənidir.
Çevrəsi getdikcə böyüməkdədir. Çevrəsi böyüdükcə meyxanaya sosial yatırım da artır. Tələb-təklif paradoksuna girən cəmiyyət başını tamam itirib.
Anlayıram, iki-üç düşük qafiyə ilə sənət ehtirasının orqazmını yaşayan düşünmə əngəlli çoxluğu idarə etmək asandır, ona görə ixtiyar və imkan sahibləri üçün hava xoşdur. Lakin bir gün heç bir dildən anlamayan milyonlara adi həqiqətləri də izah eləmək mümkün olmayacaq. Onda düşdüyümüz vəziyyətə uyğun bircə dənə də qafiyə tapa bilməyəcəyik.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın (QAK) Azərbaycandakı nümayəndəliyinin “İcma əsaslı hamilik” mövzusunda keçirdiyi təlimdə iştirak edib.
AzerForum.Com xəbər verir ki, təlimdə icma əsaslı hamilik konsepsiyası haqqında ümumi anlayışlardan bəhs olunub, onun əsas elementlərindən danışılıb. İki hissədən ibarət olan təlimdə iştirakçılara əvvəlcə icma anlayışı, icmaların formalaşdırılmasının əhəmiyyəti, onların cəmiyyətdəki rolu, müxtəlif qurumlarla qarşılıqlı əlaqəsi, icma problemlərinin həlli yolları barədə ilkin nəzəri məlumatlar verilib. İkinci mərhələdə isə icma əsaslı fəaliyyət üzrə interaktiv yarışlar keçirilib, təqdimatlar olub.
Təlimin yekununda iştirakçılara BMT QAK-ın sertifikatları təqdim edilib.
"Qaz İxrac" İdarəsinə məxsus qaznəqli sistemində 19.05.2022-ci il tarixində planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.
AzerForum.Com "Azəriqaz"a istinadən xəbər verir ki, təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.
AzerForum.Com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təxminən, bir həftəyə yaxın koma vəziyyətində olan 3 aylıq körpənin həyatı xilas olunub.
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən AzerForum.Com -a verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən 18.02.2022-ci il təvəllüdlü körpədə ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası diaqnozunu qoyublar. Eyni zamanda qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb.
Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və 6-7 gün boyunca zondla qidalandırılıb.
Ümidlərini itirməyən həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata qaytarılıb.
Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın Patologiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar bu gün də davam edir.
AzerForum.Com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar küçələri bağlayıb.
Etirazçılar İrəvanın mərkəzinə doğru irəliləyir.
Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etiraz aksiyaları keçirilir.
İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerForum.Com -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş İlqar Mustafayev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
AzerForum.Com xəbər verir ki, o, üzr videosundan bir neçə gün sonra sosial şəbəkə hesabında açıqlama yayaraq bu iddiaları təkzib edib:
“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.