• Şikayət et

Bakupost.az - Şəhidimiz 14 gün sonra dəfn edildi - FOTO

Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılıb və bu gün doğulduğu Neftçala rayonuna gətirilib.



AzerForum.Com xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib, daha sonra onun nəşi şəhər qəbiristanlığında dəfn olunub.



Qeyd edək ki, Elvin Abdullayev 2003-cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Ailədə bir bacı, bir qardaş olub.



Allah rəhmət eləsin!



Xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən etibarən Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.



Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.


Şəhidimiz
Mənbə:
0
129
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar