• Şikayət et

Bakupost.az - “Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı

Bakıda “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.



Bu barədə AzerForum.Com -a DİN-in Mətbuat xidmətindən bildirilib.



Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.



Araşdırmalar davam etdirilir.



“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”,- DİN-in məlumatında qeyd olunub.
Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar