• Şikayət et

Bakupost.az - Ermənistan təslim olmağa hazırlaşır?

Azər Ayxan
Əməkdar jurnalist



Petrosyanın
bəyanatı, Paşinyanın rəftarı


Son iki ildə ciddi fərq nədir, bilirsiniz? Qarabağla bağlı
bəyanatları həmişə Bakıdan, Gəncədən, Qəbələdən,
Naxçıvandan.. verərdik, hazırda bu bəyanatlar
Qarabağın özündən, özəyindən səsləndirilir.



30 il beynəlxalq təşkilatların mənzil qərargahlarından,
tribunalarından Qarabağın işğal edildiyini sübuta
yetirməyə çalışdıq. Onlar da ədalı-forslu tavrlar
göstədilər. İndi Qarabağdan deyirik, “Qarabağ
Azərbaycandır!”. Amma vaxt var idi o beynəlxalq lotular
üzümüzə dirəşirdilər, “münaqişənin hərbi yolla həlli
mümkün deyil” söyləyirdilər. İndi beynəlxalq təşkilatların
rəhbərləri, nümayəndələri torpaqlarımızdan qovduğumuz erməniləri müdafiə edirlər, şantaja əl atırlar.

Biri “soyqırım” gözyaşları axıdır, digəri “Dağlıq Qarabağ
xalqı” deyir. Nə o saxta göz yaşı, nə də “DQ xalqı”
ifadəsi vəziyyəti dəyişmək gücündə deyil. Nə deyirlər,
desinlər. Lap belə dombalaq aşsınlar. Fakt budur ki,
Müzəffər Ordumuz işğaldakı torpaqları azad edib,
dünyanı fakt qarşında qoyub. Ermənilərin özlərini,
himayəçilərini mat qoyub. BMT-nin, ATƏT-in hıqqanıb
görə bilmədiyi işi (əslində görmək istəmədiyi işi) Ali Baş
Komandan və Ordumuz 44 günə gördü.



Prezident İlham Əliyev və Birinci Vitse-Prezident
Mehriban Əliyeva 27 sentyabr Anım Günü Füzulidə,
Şuşada oldular. Prezidentin Füzulidə çıxışında əsas
motiv budur: “İmkan verməyəcəyik ki, düşmən bir daha
torpaqlarımızı işğal etsin”! 30 il məğlubiyyətdən az
qalsın beli bükülmüş Azərbaycan xalqı dikəldi, ayağa
qalxdı, ümidə, bayrağa və dövlətə sarıldı, Vətən
müharibəsi başladıb, torpaqlarının əhəmiyyətli hissəsini
işğaldan azad etdi.



Azərbaycan xalqı savaşçı xalqdır. Torpağını qoruya
bilməyəndə ümidini qoruyur. Toparlanıb, yenidən savaş
başladır. Qələbə qazanır.



Savaş indi də davam edir – həm cəbhədə, həm
diplomatiyada, həm siyasətdə, həm də informasiya
məkanında atəş kəsilmir. Azərbaycan 730 gündür (2 il)
böyük savaşın içindədir. Dünya bu millətin qələbəsini
qəbullana bilmir. Bizi gözü yaşlı, üzü kədərli, çarəsiz və
məğlub görməyə alışıblar. Bilirlər ki, bu prosesin sonu
Quzey Azərbaycanın bütövlüyünə, böyüməsinə,
güclənməsinə aparır. Bunun nə demək olduğunu İran da, Rusiya da, Qərb də gözəl başa düşür. Ona görə də dünya üstümüzə-üstümüzə gəlir.



O dünya dediyimiz bədxah gücün burdakı tör-töküntüləri sahibləri tərəfindən necə qısqırdılıbsa, gecə-gündüz Azərbaycanın üzərinə hürürlər. Təsəvvür edin, bu ölkənin vətəndaşı, soydaşı olasan, deyəsən ki, ordumuz Ermənistana hücum edib, Ermənistanın ərazisini işğal edib. Bunları seyr etmək ağırdı.



Xaricdəkiləri hardasa başa düşməyə çalışırıq. Tutaq ki,
orda erməni diasporunun, daşnakların qucağına
sığınıblar, əlacları yoxdur, burcuda bilmirlər, bu səbəbdən Vətəninə, ordusuna şər atırlar. Bunun üzərinə bir də savadsızlıqlarını, cahilliklərini gəlirsən, mənzərə tap aydınlaşır. Baxmayaraq ki, Vətəni sevmək savadla,
intellektlə əlaqəli bir şey deyil. Və yaxud, Vətənə dönük
çıxmağın cahilliklə, kəmsavadlıqla yaxından-uzaqdan
əlaqəsi yoxdur. Amma yenə də olsun deyək.



Bəs özünü partiya sədri adlandıranların, intellektual,
savadlı, təcrübəli sayanların xainliyini hara yazasan?
Qərbdən Azərbaycanın üzərinə yönəlmiş basqını
prezident İlham Əliyevin siyasi məğlubiyyəti kimi qələmə verən “müxalifət lideri”nin hıçqırıqlarına baxmaq
əzabdı. Adam onun yerinə utanır. ABŞ-dan, Fransadan,
İrandan üzərimizə gələn təzyiqlər ermənilərin Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq cəhdləridir. Bu təzyiqlər separatçıları qorumağa, onları Qarabağda saxlamağa xidmət edir. Bunu anlamaq o qədərmi çətindir? Bu təzyiqlər Zəngəzur dəhlizinin açılmaması üçündür. Guya bu gerçəyi bilmirlər? Yaxşı anlayırlar.


Sadəcə tapşırıq “yuxarıdan gəlib”. Bunlar hazırda o
vəziyyətdədirlər ki, az qalsınlar Nensi Pelosi kimi
ermənilər üçün göz yaşı axıtsınlar.



Azərbaycan qurtuluş savaşı aparır. Geridönməz proses
gedir. Xainlər açıq və ya gizli formada özlərini büruzə
verirlər. Agentura şəbəkəsi aldığı təlimat üzrə bu savaşa
inamı azaltmaq, cəmiyyətdə tərəddüd yaratmaq üçün
əlindən gələni etməyə çalışır. Fəqət, gecdir. Azərbaycan
elə bir mərhələdədir ki, xain çetenin cəhdləri bu azman
prosesi ləngidə bilməz. Orduda, siyasətdə, dövlət
idarəçiliyində illərdir məskən salmış xainlər xeyli
zərərsizləşdirilib. Müxalifətçi, mediaçı, QHT-çi və s. adlar altında kamuflyaj olunanlar isə 12-14 sentyabr
döyüşlərində özlərini açıq etdilər. 44 günlük müharibə
zamanı edə bilmədikləri pisliklərin əvəzini indi çıxmaq
istədilər. Lakin ictimai qəzəb, qınaq snayper dəqiqliyi ilə
alınlarının ortasından dəydi.



Artıq Ermənistanın, Paşinyanın ədalı davranışları,
bəyanatları bizə vız gəlir. Bizimlə, Türkiyə ilə sülh sazişi
bağlamaqdan başqa yol qalmayıb. Onlar üçün yolun
sonu iki öncə bu günlərdə görünməyə başlayıb. Keçmiş
prezident Levon Ter-Petrosyan bu günlərdə deyib ki,
Ermənistan Türkiyə və Azərbaycanla sülh sazişi
imzalamasa, təslim olmasa, məhvə məhkumdur. Erməni
olanda nə olar, ağıllı düşünür, gerçəyi anlayır. Petrosyan
2021-ci ilin yayında bir bəyanat da vermişdi. Demişdi,
dünya Ermənistanı satıb. “Məsələ bizim üçün bitib” –
söyləmişdi. Yeri gəlmişkən, iki gün öncə Ermənistan iki
PKK-çını Türkiyəyə təhvil verib. Bəzi ekspertlər bunu
gözlənilən Ərdoğan-Paşinyan görüşünə Ermənistanın
“əlidolu” getməsi kimi şərh edir.



Paşinyadan artıq erməni olmaq istəyən bəzi
azərbaycanlılar da bu gerçəyi anlasalar... Belə
götürdükdə, heç anlayan günləri olmasın. Nə qədər
millətin, ölkənin önündə olacaqlar, tarixə də o şəkildə
düşəcəklər.


Xainləri qanun bağışlasa da, tarix heç vaxt əfv etmir.
Üstündən min il keçsə belə...
Mənbə:
0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar