Təxminən bir həftəyə yaxın koma vəziyyətində olan üçaylıq körpənin həyatı xilas olunub.
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən üçaylıq körpədə ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası diaqnozunu qoyublar. Eyni zamanda qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb.
Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və altı-yeddi gün boyunca zondla qidalandırılıb.
Ümidlərini itirməyən həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata qaytarılıb.
Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın Patologiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
<a href='https://big.az/' title='Xəbərlər,' ən son xeberler, azerbaycan xeberleri 2022, xeberler bugun'>BiG.Az
Azərbaycanda müəllim əməliyyat masasında öldü
Azərbaycanda müəllim əməliyyat masasında ölüb.
Bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, dünən Sabirabad rayonu A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Həsənov Kamal Əliyusif oğlu açıq ürək əməliyyatı zamanı dünyasını dəyişib.
Qeyd edilib ki, 66 yaşlı Həsənov Kamal 40 il müəllim işləyib./Oxu.az
Bakıda "Miss & Mister Top Model Azerbaijan 2022" top modellərin milli müsabiqəsinin finalı gecəsi maraqlı anlarla yadda qalıb.
Day.Az Milli.az-a istinadən bildirir ki, qaliblərin müəyyənləşdiyi gecə layihədə xoreoqraf və təşkilatçılarından olan Nicat Ələkbərli sevdiyi xanım Luiza Matkazinaya evlilik təklifi edib.
Nicatın özü kimi xoreoqraf olan servgilisinə bu jesti yarış iştirakçılarının və gecəyə təşrif buyurmuş qonaqlar üçün də gözlənilməz olub və hər kəs təəccübləndirən bu addıma alqışlarla reaksiya verib.
Bu da "Miss & Mister Top Model Azerbaijan 2022" top modellərin milli müsabiqəsinin finalı gecəsindən sözügedən kadrlar:
Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir - FOTO
Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından yeddi il ötür. 
2015-ci ilin mayın 19-da, səhər <a rel="nofollow" href="https://saatlar.az" title="saatlar" brend saatlar qol saatlari" target="_blank">saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. 
Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. İş üzrə Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb: ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq.
Yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 illik azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.
Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.
Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.
Yanğın nəticəsində həlak olmuş şəxslər aşağıdakılardır:
1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)
2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)
3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)
6. Eyvazov Davud Hamir oğlu (16 yaş)
7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)
8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)
9. Kərimova Nazilə Malik qızı (39 yaş)
10. Kərimova Ayan Anar qızı (5 yaş)
11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
12. Həsənova Alla Antonovna (58 yaş)
13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)
14. Boykova Lyubov Viktorovna (87 yaş)
15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib;
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək.
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>İrəvanın “texniki detal” bəhanəsi ilə prosesi uzatdığı, bununla “güzgü prinsipi”nin tətbiqinə - Azərbaycan Ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər.
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Bəs Ermənistan nəyə ümid edir?
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür.
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Zaxarova bildirir ki, “sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində “təmas qrupu” kimi etimad mexanizmləri yaradıla bilər”.
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkcə “konsultativ yardımla” yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. “Təmas qrupu”nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması – bu, “təmas qrupu”, yaxud başqa formada ola bilər;
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>“Təmas qrupu”nun yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən “atəşkəsə nəzarət mexanizmi”nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormuzlayan İrəvana qarşı mümkün məcburetmə addımlarını da məhdudlaşdıra bilər;
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Və mümkündür ki, Rusiya “təmas qrupu”nun yaradılması üçün “sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması” adı ilə Ermənistanın istədiyi “güzgü prinsipi”nin tətbiqindən yana mövqe sərgiləsin: bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir; görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir;
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>Sərhəddə mümkün yeni toqquşmalar da ruslara “təmas qrupu”, ermənilərə “güzgü prinsipi” üçün əsaslar yaradılması baxımından sərfəlidir.